Kırım’da yaşayan tek kız kardeşinin Cengiz Dağcı’nın ardından söyledikleri…
Gurbet elde düğün tutmak
İlimizin töresi mi?
Oğullar, kızlar döndü bak
Ayrılığın sırası mı?
Planetimizin, İnsanlığın uzayda, kainatda yeri (və rolu), sivilizasiyanın taleyi və Yerlə Göyü birləşdirən Sevgi… Xalq şairi Sabir Rüstəmxanlının yeni romanında oxucunun diqqəti bu mövzular üzrə toplumun ciddi sorunlarına yönəldilir.
Görkəmli ədib, ictimai-siyasi xadim və imzası bütün türk dünyasına yaxşı tanış olan Sabir Rüstəmxanlının “Sunami“si “Qanun” nəşriyyatında çıxıb. 180 səhifəlik kitab 1000 tirajla buraxılıb.
Yusif GÜNAYDIN
1. Saqqal əmanəti
Təvəkkül Səlimova
Ağır dövrlər gəldi, çox ağır! Qıtlıq, aclıq, pulsuzluq! Camaat evdəki son bəzək-zinət əşyalarını bazara çıxarıb, dəyər-dəyməzə satmağa məcbur olurdu ki, çörək pulu əldə edə bilsin. Hamı borc içində idi. Borclular yolunu borc sahibinin məhəlləsindən salmamağa çalışırdı – birdən üz-üzə gələrlər, pərtlik olar – deyə. Kəndin əli iş tutan cavanları buraları tərk edib, qazanc dalınca quzeyə tərəf üz tutmalı olurdular. Çoxları orda tam müflis olub, məyus-məyus geri dönürdü, bəzilərinin isə özü yox, meyidi qayıdırdı.
Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının başqa bir örnəyini orijinaldan ana dilimizə çevirib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən bilgiyə görə, bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (Ferenc Molnár/Ferenc Neumann; 12.01.1878, Budapeşt – 01.04.1952, Nyu York) yaradıcılığı cəlb edib.
KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ
Kim sənə oxşayıb, sevmişəm elə,
Kim sənə oxşayıb, bir tutmuşam mən.
Hər gün bu sevdanı nəzir eləyib,-
Sənu ürəyimdə pir tutmuşam mən.
Hicrandır sevginin əli-ayağı,
Əlsiz-ayaqsızlar neynir dayağı?!
Dinsəm, açılacaq gülləsayağı,
Dilimin ucunda sirr tutmuşam mən.
Namiq HACIHEYDƏRLİ
SƏNİN
Sənə qədər deyim, qəzamı deyim?
Kim qurdu bu oynu, nizamı deyim…
Ömürmü söyləyim, cəzamı deyim,
Nə gördüm bu sirli köçündə sənin?!
Dünyanın ən böyük
məğlubiyyəti
Bir qadın uğruna qazanılar
Dünyanın ən böyük qələbəsi;
Sonra o biri qələbələr,
Gələr…
Amma yenə də
Qadın xəyanətidir
Dünyanın ən böyük xəyanəti.
Və qadına yenilməkdi,
Sevib, sevilməməkdi
Dünyanın ən böyük məğlubiyyəti…
Bu gün bilgisyaramı açar-açmaz ekrana gələn ilk şəkil onun şəkli oldu. Həmən, internet aracılığıyla yayılmış mətni tıkladım, görüm nə xəbərdi… Ən ağlagəlməz iş başa gəlmişdi, məgər… – “TANINMIŞ JURNALİST CEYHUN NAĞI VƏFAT EDİB”!..
Ceyhun bu gün, səhər saatlarında dünyasını dəyişib. Səhərlər, Yenilik(lər), Gələcək ona çox yaraşırdı. Lakin, ən çox sevdiyi şairin sözləri ilə desək, “Tanrı ölüm hökmü kəsib, doğulmaq günahımıza”… Deyirəm, gücü yeni günü yaşamağa çatmasa da, barı… səhər-səhər ölməyə çatdı..!
