TƏCNİS
Sultan Orucoğluna
Dağlar yorğanını çəkər üstünə
Buludlar qar üstə qar qalar indi.
Sinəm od tutanda get bir az gətir
Baxma ki yay gəlib, qar qalar indi.
Yazıçı-dramaturq Əyyub Qiyasın “Sultan körpüsü” adlı romanı işıq üzü görüb
“Qanun”da kitablaşan roman yazarın son dövr yaradıcılıq məhsullarındandır. Romandakı olaylar tariximizin müxtəlif dövrlərini çevrələyən gerçək faktlara, tarixi bilgilərə söykənir. Əsərin qəhrəmanı Fərhad adlı tanınmış iş adamıdır. Romanda onun yaşamından, mənsub olduğu böyük nəslin tarixindən söz açılır.
Bu gün Azərbaycanın tanınmış aydını, doktor Məhəmmədtağı Zehtabinin anadan olmasından 88 il ötür. Ad günü ərəfəsində M.Zehtabinin «Başqa dilim, elim vardır mənim” adlı 1947-1979-cu illərdə yazdığı şeirlər toplusu çapdan çıxıb.
Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün və şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Daha çox tarixçi və türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabi kitabda oxuculara şair kimi tanıtdırılıb. Kİtaba ədibin vətəndən ayrı düşdüyü illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illərdə Aşqabad, Bakı, Berlin, Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb.
Sayman Aruz
/AYB-nin
Güney Azərbaycan şöbəsi/
“Təhlil bir növ yaratmaqdır” Nitşe
Hər bir hakimiyyət, özünün gətirdiyi fikir və ideologiyanın vasitəsi ilə öz xalıqının müqəddəratını təyin edər. Yəni hər bir xalqın xoşbəxtliyi və bədbəxtliyinin əsası hakimiyyətin növü və idelogiyasından asılıdır. Buna görə də, müstəmləkə şəraitində olan Güney Azərbaycan kimi mühitlərin təhlilində, orada olan hakimiyyəti, siyası-ictimai və ədəbi baxımından mütləq araşdırmalıyıq. İran adlanan ölkə, etnik baxımından çox xalqlı bir ölkə hesab olunur.
Şəbnəm Xeyrulla*
/“Buta- virtual aləm” silsiləsindən/
Səni görmək istəyirəm.
– Hm…
– Nə oldu?
– Heç. Cavab tapmadım sözünə.
– Niyə ki?
– Çünki lap öncəldən görüşməyəcəyimizi sənə demişdim. İndi birdən durub belə deməyin…
