CEYHUUUN!

Müəllif: Bizim Yazı
29 baxış

Bu gün bilgisyaramı açar-açmaz ekrana gələn ilk şəkil onun şəkli oldu. Həmən, internet aracılığıyla yayılmış mətni tıkladım, görüm nə xəbərdi… Ən ağlagəlməz iş başa gəlmişdi, məgər… – “TANINMIŞ JURNALİST CEYHUN NAĞI VƏFAT EDİB”!..

Ceyhun bu gün, səhər saatlarında dünyasını dəyişib. Səhərlər, Yenilik(lər), Gələcək ona çox yaraşırdı. Lakin, ən çox sevdiyi şairin sözləri ilə desək, “Tanrı ölüm hökmü kəsib, doğulmaq günahımıza”… Deyirəm, gücü yeni günü yaşamağa çatmasa da, barı… səhər-səhər ölməyə çatdı..!

Onun gücü ən çox ürəyinə çatırmış, sən demə… Ortaq dostumuz Hamlet Kazımoğlu kimi… O da Ürəkdən getmişdi –10 il qabaq…

Səhər saatlarında dostumuzun dərdlərə yuva etdiyi Ürəyində ağrılar başlayıb və o, Şəfaocağına aparılsa da, yaşımını xilas etmək mümkün olmayıb… Qələmi ilə, yazısı-pozusu ilə oxucularının ürəyini oxşayan qardaşımızın ürəyinə şəfa tapılmayıb. Deyirəm, zalım, o Ürəyi nə günə qoyubmuşsan?!.

Onun özünəməxsus atmacaları vardı; mən də ona “Sən heç adının farkındamısın?” deyərdim hər danışdığımızda, görüşdüyümüzdə…  Bu gün isə, demək istəyirəm: “Sən, nə etdiyinin farkındamısın, Ceyhun?!.”

…Ceyhun vəfat etdi, mən isə yazı yazıram… Bağışla, Ceyhun! Bizim sənin belə tez getməyini bağışlamayacağımızı da bağışla…

Əkbər QOŞALI

 

You may also like

1 şərh

Nurtəkin Atalı 2011-08-10 - 15:12

Çox üzüldüm. Başımız sağ olsun. Evindən işıq əskik olmasın.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.