Home İCTİMAİ AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

by Ali Zeynalov
Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı qurumun tarixi, hazırkı fəaliyyəti barədə danışıb və gələcək planlar barədə məlumat verib. Birliyin fəaliyyətinin daha da genişləndirilməsi, təkmilləşdirilməsi, müasir texnoloji tendensiyalara uyğunlaşdırılması, çevik və elektron mezanizmlərin yaradılması üçün planlar hazırlandığını deyən AJB sədrinin sözlərinə görə, qarşıdakı dövrdə həmin planlar mərhələli şəkildə həyata keçiriləcək.

Daha sonra üzvlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Yekunda Elçin Şıxlı yeni üzvlərin vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzu edib və AJB ilə səmərəli əməkdaşlıq edəcəklərinə inandığını vurğulayıb.

Qeyd edək ki, yeni üzvlər arasında ELTV-nin baş direktoru İqbal Məmmədəliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, “525-ci qəzet”in baş redaktorun müavini İlqar Tağıyev, Mətbuat Şurası icra katibinin müavini Fəridə Ağazadə və digər tanınmış simalar var.

Xatırladaq ki, AJB ölkədə ən köklü jurnalist təşkilatıdır. Qurumun yaranma tarixi 1950-ci illərə dayanır.

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub - AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub -

 

You may also like

Leave a Comment