Nərmin MƏMMƏDLİ
Hər zamankı kimi mövzunu seçdikdən sonra araşdırmalarıma başladım. Qarşıma diqqət çəkici məqamlar çıxdı. Onları sizlərlə də bölüşmək istəyirəm. İlk öncə qeyd edim ki, türk tarixində bayraq anlayışı daha çox İslamdan sonrakı dövrlərin əhatəsində öyrənilib. Xüsusən digər türk xalqları ilə müqayisədə daha çox Osmanlı türklərinin bayraqları araşdırılıb, buna dair kitablar nəşr olunub.
