Home ƏDƏBİ GÜNDƏM Müşfiqə Baladdinqızının “İtmiş not” kitabı təqdim olunub

Müşfiqə Baladdinqızının “İtmiş not” kitabı təqdim olunub

by Ali Zeynalov

Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi və Gəncliyə Yardım Fondunun ev sahibliyi ilə fondun “H.Z.Tağıyev” adına konfrans zalında gənc şair Müşfiqə Baladdinqızının “İtmiş not” adlı şeirlər kitabının təqdimat və imza törəni keçirildi. Şair Aysel Xanlarqızının aparıcılığı ilə baş tutan tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, DGTYB Məsləhət Şurasının başqanı, Beynəlxalq Alaş mükafatı laureatı şair-publisist Əkbər Qoşalı, AYB-nin Lənkəran Regional Bölməsinin sədri, dramaturq Qafar Cəfərli, ”Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Ulduz”jurnalının redaktoru Dayandur Sevgin, Xalq artisti Xalidə Quliyeva, tanınmış aktyor Kamran M Yunis və şairin digər qələm dostları, qiraətçilər, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə öncə torpaqlarımızın işğaldan azad olunması zamanı canını qurban vermiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi. Daha sonra “İtmiş not” şeirinin motivləri əsasında maraqlı kompazisiya təqdim olundu. Ardınca Azərbaycan Opera və Balet teatrının skripkaçısı Qəmərxanım Məmmədovanın müşayiəti Müşfiqə Baladdinqızı “İtmiş not” şeirini söylədi. Tədbirin davamında şairin yaradıcılığa başlaması və özü haqqında qısa videorolikə baxıldı. Pianino müşayəti ilə “İtmiş not” kitabından şeirlər aktyor və qiraətçilər tərəfindən ifa edildi. Sonda gənc şair Müşfiqə Baladdinqızı çıxış edərək tədbir iştirakçıları və dəstək göstərənlərə təşəkkür etdi və oxucular üçün kitablar imzaladı.

 

You may also like

Leave a Comment