Təranə HACILI (RƏHİMLİ)
Hava təzəcə qaralmışdı. Həyət-bacada sakitlik idi. Nənəm hinə boylanıb toyuq-cücəni yoxladı, hamısının tarda büzüşüb yatdığını görüncə hinin qapısını bağladı. Sürahidən tutub həmişəki kimi ehmallı addımlarla ikimərtəbəli evin artırmasına qalxan pilləkənlə yuxarı çıxırdı ki, həyət qapısı açıldı. (Darvazanı bağlamağı unutduğu da indi yadına düşdü.) Darvaza önündə qonşu Rüxsarə göründü. O, “bəri gəl, buradır” deyə həyətə dəvət etdiyi yaşlı qadınla alaqapıdan içəri keçdi. Nənəm bu vaxtsız qonaqların gəlişinə təəccüblənsə də bunu biruzə vermədi. Rüxsarə üzbəüz qonşusu idi, darvazaları lap bir-birinə baxırdı. Lakin qonum-qonşu ilə get-gəl eləməzdi, nadir hallarda kiminsə qapısını açardı.

– AİLƏSİNDƏN REPORTAJ