Rahid Ulusel
Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru, professor*
Genezis. Arxaikadan sivilizasiyaya keçid o zaman baş verir ki, “təbiət yaradıcılığı”ndakı mükəmməllik insanın yaradıcılıq aktlarına əvvəlcə stixiya halında, sonra isə daha məntiqi axarla proyeksiya olunaraq onu cilalayır və bu proses varlığın ilahi harmoniyasının dərkinə, onun daha kamil formada əks etdirilməsinin dürlü variantlarının tapılmasına doğru dərinləşir. “Ustad təbiət” ustad insanı yetişdirir. Ustad insan Klassikanı yaradır. Antik çağda insan yaradıcılığı klassik kamilliyinə çatır. Klassika öz gələnəyini, meyarlarını, dəyərlər sistemini, universalilərini, məktəblərini yaradır.
