Ana səhifə BAŞ YAZI Nə sevda saldım başıma…

Nə sevda saldım başıma…

Müəllif: Bizim Yazı
440 baxış

 

Məhdimqulu Fəraqi

(1733 –  1797)

 

YUSİF DEYƏ-DEYƏ

Mən Yaqubam, ahi-zari
Çəkəm Yusif deyə-deyə,
Gözlərimin qanlı yaşın
Tökəm Yusif deyə-deyə.

 

Fələk ağlar göz yaşıma,
Nə sevda saldım başıma,
Məcnun olub dağ başına
Çıxam Yusif deyə-deyə.

Hər tərəfdən bölgə-bölgə,
Bulud oynar, salar kölgə,
On iki dağ, yeddi cülgə
Sökəm Yusif deyə-deyə.

Getdi Yusif gəlməz xəbər,
Duraram ağlar hər səhər,
Qala-qala, şəhər-şəhər
Sökəm Yusif deyə-deyə

Məgər Yusif düşdü çaya,
Camalın der, baxam aya,
İraq zəmin Kərbəlaya
Baxam Yusif deyə-deyə

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.