Ceyhun Nağı üçün
Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın –
noolsun bir az ağırdı və noolsun ağrıdı.
Yalandır ki, guya zaman hər yaranı sağaldır –
zaman məlhəm deyil, qardaş, olsa-olsa sarğıdı.
Namiq HACIHEYDƏRLİ
SƏNİN
Sənə qədər deyim, qəzamı deyim?
Kim qurdu bu oynu, nizamı deyim…
Ömürmü söyləyim, cəzamı deyim,
Nə gördüm bu sirli köçündə sənin?!
Dünyanın ən böyük
məğlubiyyəti
Bir qadın uğruna qazanılar
Dünyanın ən böyük qələbəsi;
Sonra o biri qələbələr,
Gələr…
Amma yenə də
Qadın xəyanətidir
Dünyanın ən böyük xəyanəti.
Və qadına yenilməkdi,
Sevib, sevilməməkdi
Dünyanın ən böyük məğlubiyyəti…
Qara daş…
Ürəyimdən qapqara bir daş asılıb…
Torpağa doğru çəkir ürəyimi…
Əbədi ayrılığa və əbədi vüsala doğru çəkir…
Qara daş…
qardaş… qardaş…
…Tanrım! Sənə heç vaxt asi olmamışam, üsyan etməmişəm! Amma olmadı! Vallah olmadı! Bu dünyada üz tutacağımız, ürək qızacağımız, paylaşacağımız bir kimsə qalmadı, İlahi!
Bu gün bilgisyaramı açar-açmaz ekrana gələn ilk şəkil onun şəkli oldu. Həmən, internet aracılığıyla yayılmış mətni tıkladım, görüm nə xəbərdi… Ən ağlagəlməz iş başa gəlmişdi, məgər… – “TANINMIŞ JURNALİST CEYHUN NAĞI VƏFAT EDİB”!..
Ceyhun bu gün, səhər saatlarında dünyasını dəyişib. Səhərlər, Yenilik(lər), Gələcək ona çox yaraşırdı. Lakin, ən çox sevdiyi şairin sözləri ilə desək, “Tanrı ölüm hökmü kəsib, doğulmaq günahımıza”… Deyirəm, gücü yeni günü yaşamağa çatmasa da, barı… səhər-səhər ölməyə çatdı..!
Ulusəs Atalı
Nurtəkin ömrünü büsbütün, qalıqsız Asif Atanın Mütləqə İnam Yoluna həsr etdi. Ocağa gəldiyində 22 yaşı olan gənc – saf, təmiz, məsum bir qız… Nə idi bu qızı Ata Yoluna çəkən? Gəncliyinin coşğun çağında, sevib-sevilmək məqamında, duyğularının hərarətli bir anında Nurtəkin İnam Ocağına gəldi. Bu gəlişin təməli nədir?
BİR ŞƏKİL DƏ MƏN ÇƏKMİŞƏM
Bir şəkil də mən çəkmişəm
Xətləyib cıza bilərəm.
Ürəyimdən nə keçirsə
Altından yaza bilərəm.
Roma Xosrov (Roma Xosrov oğlu Ağayev) 23 .07. 1989-cu ildə Laçın rayon Alxaslı kəndində doğulub. 13 yaşından şeirlər yazmağa başlayıb. 2006-cı ildə “Ana” və “Anama qıyma” rədifli ilk şeiri “Ədalət” qəzetində dərc olunub. 2006-cı ildən dövrü mətbuatda ardıcıl olaraq məqalə, hekayə, esse və şeirləri işıq üzü görüb. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinə daxil olub. 2009-cu ildə “Məhəbbətə baş əyirəm” , 2010-cu ildə isə “Yat, yuxuna qonaq gəlim” adlı şeir kitabları işıq üzü görüb.
Elxan Zal, səni həmişə tələsən görürəm. Bütün günü nəfəsini çiyinlərindən çəkə-çəkə harasa qaçırsan.
İki yolun, bir sözün, bir çözümün.
Yerlə göyün arasında qalan qardaşım, heyy!!!
Bəlkə bu qısqıya bir “Fatihə” oxuyub, bir hovur dizini qatlayasan, dincini alasan? Arxayınçılıqda soruşum kimsən, kimlərdənsən?
Gündüz Qaral(ov) / Azərbaycan Texniki Unversitetinin tələbəsi
…Heç inanmaq olmur ki, Məmməd Dəmirçioğlu 60 yaşını arxada qoydu. Bütün taleyi kimi onun yaş durumu da yetərincə bənzərsizdi: həyat eşqi, yazıb-yaratmaq həvəsi, bitib-tükənməyən istəyi sarıdan sanki hələ də “bir telli toqqalı oğlandı Məmməd” (Mahmud Vəli). Məncə bu cür ömrü hamı yox, yalnız Məmməd Dəmirçioğlu yaşaya bilər.
