Azərbaycan elminin müxtəlif sahələrində çalışan elə alimlərimiz vardır ki, onlar təmsil etdikləri sahədə böyük uğurlar qazansalar da adları bugünki gəncliyə çox az məlumdur. Əli Fəhmi də belə alimlərimizdəndir.
Cəmi 56 il ömür yaşayan, lakin qısa ömür sürməsinə baxmayaraq özündən sonra zəngin irs, qiymətli xatirələr qoyan Əli Fəhmi Qurani-Kərimin, İslam dini ehkamlarının, şərq poe¬ziyasının, əruzun və klassik musiqinin çox gözəl bilicisi olub.
YAZILAR
Flora XƏLİLZADƏ, yazıçı-publisist
Onun kitabını mənə yaxın tanışlarımdan biri gətirdi. İlk sözü də bu oldu: son vaxtlar “təzə” şairləri oxumağa heç həvəsim qalmamışdı. Çünki şeir yox, söz yığını məni əsəbləşdirirdi. “Bilmirəm, sənə şeir bəyəndirmək çətindir, vaxtın olsa baxarsan”. Yazı masamın üstündə qalaqlanmış kitablara ötəri nəzər salaraq köks ötürdüm. Bir neçə gündən sonra isə “Dəlir ürəyimi demədiklərim” adlı kitabın cildindəki bu bəndi oxudum:
Akəm XAQAN
(Ə.QOŞALInın “Ölümlərin ötəsi” şeirlər kitabı üzərinə incələmə)
“İlahi, sən məni özümdən çıxart” – diləyi, yanğısı ilə yaşayan şair-publisist, araşdırmaçı, Türk Dünyası yeni nəsil aydınlarının sayılıb-seçilən simalarından biri Əkbər Qoşalının şeirlər kitabı ilə üz-üzəyəm.
“Mən hələ bir cavan bulud yaşdayam, yağış olmadım ki, yağıb yaşayam” deyən şair, haqqın gerçəklərini görüb, dərk edib, bütün səmimiyyəti ilə qəbul edən bir insan(ın) taleyindən bəhs edir. Hansı ki, yaşamını anlamlı etmək üçün mənsub olduğu böyuk bir məmləkətə həqiqi vətəndaşlıq etmək niyyətindədir. Məhz belə olmasaydı Tanrı dərgahında öz gerçəkliyinə bu qədər yaxın düşə bilməzdi. Tanrı sevgisinə qovuşaraq yaşamaq hamıdan daha çox sənət adamına vacibdir ki, boynuna düşən missiyanı layiqincə həyata keçirə bilsin.
Əkbər QOŞALI
Bu il Yusif Günaydının 60 yaşı tamam oldu – o, indi 60-ın üstündədir.
Bu il Yusif Günaydının müəllifi olduğu “Qərib axşamlar”ın 1 yaşı tamam oldu. – O, öz verilişi ilə neçə uğur qazansa da hələ sıradakı böyük uğur(lar)ın birinci addımını atdı yəni..!
Mən bu yazıda nə onun öz yubileyindən, nə də populyar verilişindən söz açacağam. Bu dəfə onun Yusif kimi Yusif (gözəl), halımızı, günümüzü aydınladan “Mozaikalar”ından söz açacağam.
Soylu ATALI
I. DUYĞULARIN SARVANI
Yolun başlanğıcına qədər də yol var. Yol istəyən Yolun başlanğıcına qədər yolayrıcına gəlib çatır. Yaradıcılıq da bundan sonra başlayır. Yaradıcı ömür daim yol üstə olur. Axtarışlar yolu, yaradıcılıqlar yolu insandan sonsuz, tükənməz eşq istəyir. Eşq olmasa Ömür qurulmur. Dolanmaq üçün yaşayanların yolu həyat yoludur – təbii, fiziki taleyin ixtiyarında olmaqdır. Özünü tapmaq üçün yaşayanların yolu həyatdan üstün olmaqdır.
İsmayıl İLMƏZLİ
Uca Rəbbimiz bütün dostları, nəcib insanları xeyir işlərdə, şən məclislərdə görüşdürsün. Ancaq necə deyərlər, xeyirlə şər qardaşdır. Şərdən qaçmaq qeyri mümkündür. Xeyir işi isə müəyyən müddətə təxirə də salmaq olar. Allah hamıya xeyir işlər, şən günlər nəsib etsin…
dos.dr. Pərvanə Məmmədli
İranda uzun bir vaxt toplum halda yaşayan türk ellərini son dövrlərdə inzibati ərazi bölgüsü adı altında bir-birindən ayıraraq fars mühitinə uyğunlaş¬dırmağa çalışmışlar. Bundan başlıca məqsəd dili və mədəniyyəti yasaq edilmiş, ayrı-ayrı inzibati-ərazi vahidlərində yaşayan böyük bir xalqı farslaşdırmaq idi.
Bu günlərdə tanınmış şair Elxan Zalın 50 yaşı tamam oldu. 50 yaşlı şair haqqında qələm dostllarının düşüncələrini sizə təqdim edirik.
Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, millət vəkili
Elxan Zal Qaraxanlı bizim poeziyamıza təmiz, saf türkçülük mühitindən gəldi, onun ən üstün cəhəti də o oldu ki, türklərin tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri gələn folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bildi.
