Elçin İSGƏNDƏRZADƏ
TOKAT EBRÜSÜ
Hey Onbeşli, Onbeşli,
Tokatda bir Osman Baş,
Hey Onbeşli, Onbeşli,
Ana dilimiz qardaş.
Hey Onbeşli, Onbeşli,
Tokatda bir durna var, –
qanadlarında təlaş.
və ya POEZİYA mənim gözümlə
Mən ŞAİR sözünü böyük hərflərlə yazıram. Çünki Sən əsl şairsən!
Ömrün-günün bu çağında Böyük Poeziya ağacına sözdən, poeziyadan xəbərsizlərin dırmaşdığı bir zamanda Sənin Poeziyan ürəyimi cilvələndirdi.
“Yuxuma söykənmiş adam” kitabını oxudum.
Kövrəldim. Ruhlandım. Qanadlandım. Sandım ki, Dədə Ələsgəri, Səməd Vurğunu, Vaqifi, Əli Kərimi təzədən oxudum. Ruhum təzələndi.
KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ
Kim sənə oxşayıb, sevmişəm elə,
Kim sənə oxşayıb, bir tutmuşam mən.
Hər gün bu sevdanı nəzir eləyib,-
Sənu ürəyimdə pir tutmuşam mən.
Hicrandır sevginin əli-ayağı,
Əlsiz-ayaqsızlar neynir dayağı?!
Dinsəm, açılacaq gülləsayağı,
Dilimin ucunda sirr tutmuşam mən.
Anar YUSİFOĞLU
Məşhur bir inqilabçının «Ovod» əsərini «taleyimi müəyyənləşdirən kitab» kimi dəyərləndirməsini böyük həqiqət hesab etməsəm də, havaya deyilmiş fikir də saymıram. İnsanın taleyi özündən əvvəl yazılır, amma ömrün müəyyən pilləsində «bizsiz yazılan» tale yolunu tapmaqda bədii əsərlərin rolu birmənalıdır, baxmayaraq ki, bu əsərin məhz həmin yaşda, həmin anda oxunması təsadüf deyil.
Her kesin keyif sürdüyünü fark etti. Dans ediyor, fıkra anlatıp gülüyor, bade çınlatıyorlardı… Sessizce kapıyı açıp alkol, tütün kokulu o alemden koptu, nerdivenlerle bahçeye indi.
Ay kocamandı, her tarafı nura boyamıştı. Önce zannetti ki, nihayet kar yağmış. Eyilerek yerden elleriyle kar almak istedi. Fakat parmakları toprağa deyince anladı ki, bu yeni yıl da karsız geliyor ömürlerine.
Çok uzaklarda küçük bir nokta kadar ışık ışıldıyordu. Hayret. Anlaşılan, bunlardan başka da Yeni yılı bağda kutlayan varmış…
Şair-publisist Dəyanət Osmanlı, şair Səhər xanım
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib: ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır. Ailədə üç uşaq var.
“Modern” sözü özünün işlək və adi mənasında “müasir” anlamını verdiyi üçün “postmodernizm” istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali təsir bağışlayır.
Bir kəsin “Mən postmodernəm” deməsi eynən kiminsə “Mən yuxuyam” söyləməsinə bənzəyir. Şübhəsiz, “modernizm” sözünü “modern” kəlməsinin yerinə qoyub, izah etsək ki, “postmodernizm” dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar.
Bəzi yazarlar postmodernizmin dəbdə olmadığı fikrindədir. Bəs bu fikrə gəlmək üçün arqumentlər nə qədər tutarlıdır?
UĞUR
“Dədə Qorqud dastanları” xalqımızın yenilməz, möhtəşəm abidəsi olaraq qədim dəyərlərimizi özündə yaşadır.
Güney Azərbaycanda çıxan “Varlıq” jurnalının redaktoru, doktor Cavad Heyətin dastanla bağlı qənaətləri maraqlıdır. O, türklərin yaddaşında dastanın yaşamasının əsas səbəbini bu möhtəşəm abidənin bütünlüklə ruhumuzu ifadə etməsilə əlaqələndirir. Cavad Heyətin fikrincə, “Dədə Qorqud dastanları“nın kökü daha qədimlərə gedib çıxır: “Türküstanda da bu dastanın izləri var. Dastanın yaşı 1300 ildən daha qədimdir. Dastanda Dərbəndin, Gəncənin, Əlincə qalasının, Göyçə gölünün və başqa yerlərin adlarının çəkilməsi Dədə Qorqud dünyasının coğrafiyasını bu arealda izləmək üçün kifayət qədər imkan verir.
