Qarakənd səmasında həlak olmuş şəhid jurnalist, Milli Qəhrəman Alı Mustafayevin 60 illiyinə
I
Yurdu Əsli bildin, Vətəni sevdin,
Sevginə qul oldun sən Kərəm kimi.
Libaslar içində kəfəni sevdin,
Geyməmiş kül oldun sən Kərəm kimi.
“Qara Keşiş” qara çəkdi yoluna,
Qara tabutunda ruhun pərişan.
“Qara Kənd”lər gün ağlamaz halına,
“Qara qutu”larda ahın pərişan…

