Şəhriyar del Gerani (HACIZADƏ)
Sonuncu sevgi şeiri…
sənnən mənə bircə küçə qaldı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qaldı unutmağa,
bircə pişiyimiz qaldı darıxmağa,
sən bilmədin,
bir oğlan gələrdi hər axşamçağı
avtobus dayanacağına,
sən olmazdın,
sənsizlik yaşardı bütün dayanacaqlarda…
