***
Tanımadığım rəssam,
Dün bir təsadüflə odana gəldim –
Bir irigöz gözəllə,
Qüsura baxma, özün yoxkən girdik odana.
Yo-yoox heç nə götürmədik –
Baxmaq və sadəcə baxmaqdı işimiz…
YAZILAR
…yaxud ÖLÜM SEVGİ YARADA BİLMƏZ
… Son yüz ilin ən böyük eşq hekayətlərindən birini indicə tamamladım. İndicə deyəndə, kitabı indi əldə etdim, heç bir fasilə vermədən, oxucu olaraq, bu «şirin» ağrılı əsəri başa çatdırmaqdan özümü saxlaya bilmədim. Sadəcə ona görə yox ki, bu, bir qızın yaralı taleyindən danışırdı, həm də ona görə ki, bu qəbildən olan əsərlər az-az yazılır.
Həyat həqiqətinin əsil bədii həqiqətə çevrildiyi anda, o, təkcə müəllifin olmaq haqqını itirir və oxucu olaraq bizimki olmaq haqqı qazanır, stolüstü kitabımıza çevrilir. Müəllif yazdıqlarının həm də iştirakçısı və ya müşahidəçisi olanda onu birnəfəsə oxumaqdan başqa çarən qalmır. Qənirə Paşayeva kimi… «Onun sevgi məktublar kimi»… Çünki o, bu aləmə yad deyil.
Afaq ŞIXLI
Axşamüstü idi. “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin növbəti toplantısından çıxmışdıq. Hava çox soyuqdu. Küləyin olmamasına baxmayaraq şaxta qılınc kimi kəsirdi.
Hörmətli qələm dostum şair Nəsib Nəbioğlu paltosunun yaxalığını qaldıraraq ətrafı diqqətlə nəzərdən keçirdi. Hər yer dümağdı. Həmişəyaşıl şam ağaclarının qar libası onları daha gözəl və möhtəşəm göstərirdi. Qarla örtülü kolların dibi naxış-naxış idi. Bu, nə qədər soyuq da olsa yenə də vətənini tərk etməyən sərçələrin kiçicik ləpirləri idi.
Şair, nasir, dramaturq.
Miron Bialoşevskinin yaradıcılığında ünlü Varşava üsyanı özəl yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı.
Danışıq dilinin poetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi.
O, müharibə illərində gizli univerisitetdə oxumuş, amma təhsilini başa vura bilməmişdi. Varşava üsyanı yatırıldıqdan sonra almanlar tərəfindən həbs edilən edilən Miron Bialoşevski atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılmışdı. Ordan qaçmağı bacaran ünlü yazar, sonralar kiçik bir teatr (“Teatr Osobny”) yaradır və orda aktyor və rejisor kimi çıxış edir.
Bialoşevskinin “özkeçmiş”i üzərində yazılmış “Varşava üsyanının gündəliyi” böyük rezonansa səbəb olmuş və 1970 ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs Nazirliyi tərəfindən ödülləndirilmişdir.
Zaur QƏRİBOĞLU
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub,
köz kimi yandırdığı
dodaq su sevən kimi… – Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub biçimində şeiri yazıb yollamışdım. Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm…
Aşıq ƏLİ ÜRFANa
Aşiq Əli, yaman yatdı sinəmə,
Qayıt kökə, “Dilqəmi”ni bir də çal.
Könül verdim bir nazənin sənəmə,
Yaddaşımı örkən elə, hör də, çal.
Səmasından baxışlarım iz tutar,
Qürubundan içim-çölüm köz tutar,
Daş abidə, daş qəbirdən söz tutar,
Dərvişsayaq irfaniyə gir də, çal.
Könül SƏİD
Bu günüm də həmişə olduğu kimi rəngsiz, notsuz başlamışdı. Çünki yaddaşımın zəif¬lədiyi andan bu yana çox şeyləri unutmağa başlamışdım – sevdiyim insanları, dostlarımı, ya¬xınlarımı… Artıq, özümü də unutmağa başladığımı anladım; anladığım andan qəlbimdə bir tərpəniş hiss etdim. Məni, ruhumu və daxilimdən boylanan Mənimi idarə edən iki insanı –əkizləri hiss etdim. Fərqinə belə varmırdım ki, onlar mənim daxili dünyamı darmadağın etməyə çalışırmış. Sanki Mən, üç məndən ibarət bir canlıya (əslində, “məxluqa” desəm daha yaxşı və dolğun səslənər) çevrilmişdim. Bu gedişi, bu talanı durdurmalı idim. Yoxsa, çox gec ola bilərdi. Mənimi qorumalı, “yadellilər”i isə qovmalı idim. Bu döyüşü bir üçbucağa bənzədirəm.
/Bu il mart ayının 17-də mərhum el şairi Cavan ALAYın (Alay Məmməd oğlu Səmədov) 70 yaşı tamam olur. Şairin yubileyinin paytaxtda keçiril¬məsi nəzərdə tutulub. Yubiley münasibəti ilə mərhum şairin şeirlərinin, haqqında bilgilərin və fotoların toplandığı kitab, “Tovuzlu Alayı tanı” adı ilə nəfis şəkildə nəşr olunmuşdur. Kitabın redaktoru və “önsöz” müəllifi Xalq Şairi Zəlimxan Yaqub, rəyçisi prof.dr. Nəsir Əhmədli, rəssamı Məmməd Dəmirçioğludur.

