Cəfər Cabbarlı Mirzə Fətəli haqqında
Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng, qəzəl, qəsidə və rubai ədəbiyyatından birinci olaraq ayrılıb yeni bir ədəbiyyat şəklinə ayaq basan və Azərbaycan teatr ədəbiyatının ilk təməl daşını qoyan ədibdir.
Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz originallığını itirmiş bir halda idi.
