Qadın
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən,
Bu darısqal dünyanı
geniş edə bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla…
Bütün şeirlərimin mənasın dəyişərsən.
Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm…
Ruhən mənimsən, qadın!
Mənsə əsirinmişəm.
