Məmməd İSMAYIL
Çiçkək Mahmudqızını ilk öncə bir proqram aparıcısı kimi tanıdım. Televiziyanın nə demək olduğunu mən hələ televiziyanın həyatımıza elə də yayğın şəkildə girməyə “macal” tapmadığı gənclik çağlarımdan bilirəm. Mənim gəncliyim hardasa Azərbaycan televiziyasının uşaqlıq çağlarını yaşadığı vaxtlara düşmüşdü. Başqalarının gözündə televiziyada çalışmaq bir ayrıcalıq olsa da, mən televiziyanın yaradıcı adamdan nəyi var, necə görünməz bir əllə sorub apardığını öz həyatımda yaşadım.




