Ana səhifə YAZILAR İsa Cavadoğlu yaradıcılığında acuna və acımıza fəlsəfi baxış(lar)…

İsa Cavadoğlu yaradıcılığında acuna və acımıza fəlsəfi baxış(lar)…

Müəllif: Bizim Yazı
765 baxış

ya qismet - isa cavadogluMahmud SƏLAMİ /ADNA-nın III kurs tələbəsi, Azərbaycan Tələbə-Gənclər Təşkillatları İttifaqının Qarabağ Mərkəzinin sədr müavini

Poeziya tarixində insanlar həmişə gerçəklikləri axtarmışlar. Bu gerçəkliklər haqdan keçmişdir. Poeziya tarixində şanlı zirvələrə ucalmış Nizami, Füzuli, Firovsi, Sədi və başqaları məhz haqla yanaşı böyük fəlsəfi baxışlarla da yada qalmışlar. Bu dahilərin fəlsəfi baxışları şeirləri vasitəsi ilə bizlərə ötürülmüşdür. Klassiklərin fəlsəfi baxışları güclü elmə söykəndiyi üçün bu şəxslərin fəlsəfi baxışları dövürmüzdə də öz aktuallığını saxlamaqdadır. İnsalar poeziya ilə əyləncə üçün yox həyatı, yaradılışı və aləmi dərk etmələri üçün maraqlanmışlar. Bunun üçün də Nizami və Füzuli kimi dahilərin dünyanın dərkinə aid fəlsəfi baxışları dillər əzbəridir. Hər bir dövürün özünün müəyyən baxışları, gerçəklikləri var və bunlar müəyyən formalarda təzahür olunur. Belə ki, dünyamızın dahi şəxsiyyətlərindən olan Nizami, Füzuli, Firdovsi və başqa bu kimi şəxslərin yaşadığı dövrün tələbləri indiki dövrün tələblərindən fərqlənməkdədir. Klassik dövürün öz baxışları müəyyən qədər öz dövürlərini əhatə etmiş və həmin mühitə əsasən formlaşamışdır. Ancaq dünyanın dərki nöqteyi-nəzərindən klassiklərin baxışları hələ də yaşamaqdadır. Dövürümüzün yeni poeziya aşiqləri dirçəlməkdədir. Bu baxımından da yeni nəsilin yeni fəlsəfi baxışları yetişibdir. Bu baxışlarda tam fərqlərin olmamasına baxmayaraq müəyyən qədər öz fələsfi üslubları fərqlənməkdədir.

Türk məmləkətlərindən biri olan Azərbaycan yurdunun Tovuz mahalının Əyyublu kəndində öz dövrünün fəlsəfi baxışları ilə seçilən poeziya aşiqi yaşayır. Bu poeziya insanı İsa Cavadoğludur. İsa müəllimin yaradıcılığında fəlsəfi baxışlar və fikirlər oxucunu düşünməyə zövq edir. İsa Cavadoğlu yaradıcılığında fəlsəfi baxışlar şaxəlilik təşkil edir. Bu baxışlarda təbiəti, əsil sevgini, dünyanı, yaşamı və s. başqa sahəliri dərk etmək durur. Biz bu yazımızda hələlik Cavadoğlu yaradıcılığında dünyanın dərki və dünya haqda poeziya fəlsəfəsindən danışacayıq. Poeziya dünyasında İsa müəllim dünyanın dərki ilə əlaqəli maraqlı və dəyərli fəlsəfi fikirlərlə çıxış edir. İndi isə Cavadoğlu yaradıcılığında “Yatma” şeyrində ki, dünyaya fəlsəfi baxışlarından söhbət açağın:

Yatma

Gəldin bu dünyaya qəmsiz, kədərsiz,
Gəlir qəm karvanı, oyaq ol, yatma!
Necə ki, babalar mayaq olubdu
Sən də gələcəyə mayaq ol, yatma!

Demə ki, bu işi görərəm sabah,
Sən hardan bilirsən, ay yazıq fəllah,
Sabaha nə qismət eyləyib Allah
Zülmətə yol açan ol, yatma!

Ölüyə bərabər sayılır yatan
Yaşayır aləmdə arzuya çatan,
İsanı eşitsən, ay dərdə batan
Çalış ətalətdən uzaq ol yatma!

Şeirdən göründüyü kimi Cavadoğlu elə ilk öncə birinci bəndə həyatın ilk fəlsəfi siqnalını verir və oxucunu xəbərdar edir. Belə ki, insan oğlunun dünyaya gəlişində pak olmasını qeyd etməklə onu gözləyən qəm karvanının gəlişindən oxucunu ayıq edir. Atalarımızın, babalarımızn ayıq olaraq bu qəm kərvanından xilas olmaqla yolumuzu atalarımızın getdiyi yola getməyimizi və mayaq olmağımızı vurğulayır. Əgər insan dünyaya göz açanda bu sözləri insan qulağına desələr və beyinimizə hək etdirsələr insan bu şeir bəndi ilə düz yolda olar. Şair ikinci bəndə insanı oyaq olmağa və tənbəlikdən uzaq olmağa çağırır. Görüləsi işin vaxtında görülməsinin düzgünlüyünü dəstəkləyir və sabaha uca Allah ayrı bir işinin görülməsini vurğulaycağını bildirir. Çalışmayan və yuxarıdakı iki bəndə mənaları verilmiş fəlsəfi fikirləri üçüncü bəndə tamamlayır. Belə ki, yatanla ölünün fərqinin olmadığını, yalınız yatanın nəfəs almaqla fərqləndiyini qeyd edir.

Dünyada

Ayırla bilmirəm düşüncələrdən:
Bu qədər sirrlər nədi dünyada?
Alim də heyrətdə, şah da heyrətdə,
Hərə öz sözünü dedi dünyada.

Dayaza dayazdı, dərinə dərin,
Acıdan asıdı, şirindən şirin,
Nəhəng yuvasıdı xeyirin, şərin,
Seç görüm yaxşını, bədi dünyada?!

Sualdı hər ulduz, hər çiçək sənə,
Qəlb qoyub hərənin bir cür köksünə,
Kimi çaldı, çapdı kimi əksinə
Hər kəs qismətini yedi dünyada.

Hər şey duymağa can atır ürək,
Keçənlər bilmədi, biz nədən bilmək:
Mürğün bədənində sonuncu lələk
Neçənci Süleyman idi dünyada?

Zaman öz atını çağdığı yerdə,
Tozundan hər yana çəkilir pərdə,
Kim hardan bilər ki, filan əsrdə
İsa da varıymış gidi dünyada!

Söz peyğəmbərinin (yəni İsa Cavadoğlu) “Dünyada” adlı şeyrində dəyərli fikirlər söyləməkdədir. İnsanın dünya həyatında mövcud olduğu dövürdə fikirlərlə ömür sürməsini və bunun səbəbini düşünərək şeirdə nəzər yetirməkdədir. Bu fikirlərin qarşısında alim və şahın da heyrətdə olduğunu vuruğulayır və bu heyrət qarşısında hərə öz sözünü demiş və ancaq yekun cavabı tapa bilməmişlər. İnsanın dünyanı necə görməsi haqda da Cavadoğlu söhbət açaraq qeyd edir ki, insan dünyanı necə yaşamaq istəsə dünya bu yaşayışı ona bəxş edir. Doğurdan da qəmli insanlar, dərdli insanlar dünyanı qəmlə, dərdlə yaşayır. Sevincli insanlar və xoşbəxt insanlar dünyanı sevinclə və xoşbəxtlə başa vurur. Dünyanın xeyrin və şərin yuvası olmağını vurğulamqla haqsız olduğunu yalan saymaq olmaz. Həqiqətən dünyamız xeyir və şərin mübarizəsi dünyasıdır. Xoşa o kəslərin hallarına ki, onlar bu dünyada udarkən xeyr udur. Dünyanın hər bir varlğının sual olması ilə İsa müəllim böyük fəlsəfi düşüncəni ortaya qoyur. Bunun nəticəsində Adəm oğulları hər şeyi bilməyə çalışır və hər şeyin bilməsinin qeyri mümkünlüyünü bildirərək bizdən əvvəl gəlib keçənlərin də bilmədiyini qeyd etmişdir.
Yuxardakı şərhlərdən də göründüyü kimi poeziya insanları kamil kimi formalaşmasında xüsusi əhəmiyyəti vardır. İnsanların kamilləşməsində məhz dünyanın dərki amilinin xüsusi əhəmiyyəti vardır. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur: “Mən hara, dünya?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir”. Peyğəmbərimiz də dünyada insanın bir qonaq olduğunu vurğulamışdır. İslam peyğəmbərinin bu dəyərli fikirinə Cavadoğlunun yaradıcılığında rastlanmaqdadır. Cavadoğlu öz yaradıcılğında dünyanın xeyr və şərlə mübarizəsinin döyüş meydanı olduğunu vurğulamışdır. Bu fikiri biz İmam Əliyyən Nəqinin hədisndə də rast gələ bilərik. İmam buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
İsa müəllimin fəlsəfi şeyrləri içərisində “Gəlmişik” şeyri xüsusi əhəmiyyət kəsb edir. Şeyrdə mənalı sözlər insan qəlbini fəth edir. Ümumiyyətlə Cavadoğlu yaradıcılığında gözəl qafiyəli sözlər bir ustalıqla işlədilmişdir. Belə ki, qafiyə təşkil edən sözlər məna nöqteyi-nəzərindən yerində işlənmişdir. İndi isə “Gəlmişik” şeyri ilə tanış olaqın:

Gəlmişik
Elə bilmə dünyadan
Doymaq üçün gəlmişik,
Bu sehrikar aləmi
Duymaq üçün gəlmişik.

Bir-bir ötən günləri,
Ömrü bitən günləri,
Düşüb itən günləri,
Saymaq üçün gəlmişik.

İsa olmaz pərişan,
Tez boşalar, tez daşan,
Ömürümüzdən bir nişan,
Qoymaq üçün gəlmişik!

İsa müəllim şeirdə insanın dünyaya gəlişi haqda fəlsəfi baxış keçirir. İnsanın dünyaya gəlişini doymaq üçün yox elə gəldiyimiz ilə əlaqədar getmək üçün gəldiyimizi vurğulayır. Dünyanı həqqiqətən bir sehirkar aləmə bəzətməsində haqsız deyildir. Belə ki, dünya öz sirlərini qoruyan və bu sirləri ilə varlıqları bir sehirkarlığa düşünməyə vadar edən bir aləmdir. İnsan ömüründə yaşalandıqca insanın ötən günləri yada salması, xoş və bəd günləri xatırlaması və ümumiyyətlə dünyanı saymaq və xatırlamaq dünyası kimi nəzərdən keçirir. Həyatın dolub boşalmasını vurğulamaqla insanların bu dünyada hərəsinin bir ad qoyub getməsini qeyd etmişdir. Kimisi yaxşı kimisi pis ad qoyub gedir. Şair əsasən adın qoyulmasını nəzərdə tutaraq vuğulamışdır.
İndi isə Cavadoğlunun bəzi seçilmiş gözəl şeyrlərindən poeziya aşiqlərinə təqdim edəyin:

OLMASA

Bu ulu dünyanı hardan görərdim
Bir ulu əcdadım, binam olmasa.
Bu ulu dünyanı hardan duyardım,
Doğma, əziz atam-anam olmasa.

Hardan bilinərdi gəlib keçdiyim,
Minbir nemətindən yeyib-içdiyim,
Sonalar içindən sevib-seçdiyim
Qaragöz dilbərim – sonam olmasa.

Necə vurulardım gül-çiçəyinə?
Hardan inanardım gələcəyinə,
Dünyanın ədəbi güləcəyinə,
Gələcək nəsilim-balam olmasa.

Necə vəhy edərdim uyğularımı?!
Sonsuz nəşələrimi, qayğılarımı?
Ülvi hisslərimi, duyğularımı
Dilimdə bal kimi kəlam olmasa.

İsa bu dünyaya boş uya bilməz,
Duyğusuz bir qəlbi daşıya bilməz,
Bu ulu dünyamız yaşaya bilməz,
İnsanda əqidə, inam olmasa.

Ömür Karvanı

Yarandıq, yaşadıq biz də bir müddət,
Yaxşı da, yaman da gördük həyatda.
Taleyin əlilə meyvələrindən
Acı da, şirin də dərdik həyatda.

Yaşamaq yolunda durmayıb bekar,
Gah şikar ovladıq, gah olduq şikar.
Bir az müəmmalı, bir az aşikar
Ölümlə oyuna girdik həyatda.

Gözələ vurulduq, vara vurulduq.
Çamurda bulandıq, çayda durulduq,
Gah qurub yaratdıq, gah uçurulduq.
Cürbəcür sərgilər sərdik həyatda.

Bir azı nəşəli, bir azı yorğun,
Bir azı axarlı, bir azı durğun,
Bir azı qorxusuz, bir azı qırğın,
Ömür karvanını sürdük həyatda.

Vaxt çatdı, ay İsa, bilmədik necə,
El-oba yığılıb vida deyincə,
Qaldıq evimizdə qonaq bir gecə,
Bir canı yaşayıb verdik həyatda.

Gərək

İndi ki, dünyaya gəldin bir dəfə,
Şəlalə misilində axasan gərək.
Ya da parçalayıb qara buludu
Şimşək timsalında çaxasan gərək.

Nifrətin Tomrisin nifrəti kimi,
Qeyrətin Koroğlu qeyrəti kimi,
Heyrətin Şeyx Sənan heyrəti kimi,
Çürük xurafatı yıxasan gərək.

Ürəkdə min arzu, min muraz olur,
Onsuz da ay İsa ömür az olur.
Kənardan baxmaqnan əlçatmaz olur.
Zirvəyə zirvədən baxasan gərək.

Yuxarıda Cavadoğlu yaradıcılığından bəzi seçilmiş şeirləri sizlərə təqdim etdik. Göründüyü kimi həqqiqətən şairin yaradıcılığında düşündürmə məqamları çoxluq təşkil edir. Elə şeiriyyatın özü düşünməkdən və fəlsəfi baxışların cəmindən ibarətdir. Yəni şeiriyyat bəzi insanların düşüncəsində söz yığını kimi başa düşülür. Bu cür düşünən insanlar həqqiqətdən söz dünyasından uzaq olan kəslərdir. Şeyriyyat onu araşdıran mütəxəsislər tərəfindən əsasən bədii nəzəriyyəni qorumaq şərti ilə böyük fəlsəfi və düşündürücü məqamları olan bir elm sistemi kimi başa düşülür. Hər bir elm dünyanın dərkini öyrənməkdə öz töhfələri vardır. Bu elmlərdən biri də poeziyadır. Belə ki, poeziya dünyanın dərkini insan təfəkküründə formalaşdırır. Şairlər hərəsi dünyanın dərkinə öz dəst-xətti ilə yanaşmışlar. Ümummi bir nəticəyə gəlmək olar ki, dünyanın dərki ölümün qarşısını almaq kimi bir çətin mövzudur. Bu deyilənləri məşhur dahi şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığında rast gələ bilərik. B. Vahabzadənin “Dünyanın” şeirində yazır:

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Bəxtiyar yaradıcılığında bu şeir indən belə gələcək nəsillərə dünyanın çətin və asanlığını bildirərək qeyd edir ki, dünya təfəkürə sığışmaz bir varlıqıdır.
Məqaləmi İsa Cavadoğlu yaradıcılığında məni xüsusi ilə cəlb edən “Yaxşıdır” şeirindəki bir bənd ilə yekunlaşdırmaq istəyirəm. Şeirdə Cavadoğlu insanı bilməyə, öyrənməyə, araşdırmağa, maraqlanmağa dəvət edir. İsa müəllim yazır:

Dünyadan bixəbər, nadan olunca,
Yenə azdan-çoxdan qanmaq yaxşıdır.
Minnətli komada daldalanınca,
Minnətsiz şaxtada donmaq yaxşıdır.

6 fevral 2014-cü il. S.: 00.00

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.