Cavid ŞÜKÜROV
Daha sevmirəm Səni. Dünən it kimi içib bütün şəkillərini yandırdım, ən sevdiyin ətri divara vurub çiliklədim, qəbul etmədiyin doğum günü hədiyyəsini də qırıb atdım. Səni xatırladan hər şeydən vaz keçdim… Daha sevmirəm Səni…
ETİBAR ETİBARLI
“Sözünü o kəslərə de ki, səni eşitmirlər.”
Başlıq sizə qəribə gəlməsin. Axı, söz də canlıdır. Onu da yerində işlətməyəndə inciyir, küsür, “fəryad” qoparır. Biz o səsi eşidirikmi? Təəssüf ki, həmişə yox. Belə məqamlarda mərhum şairimiz QABİLin məşhur şerindəki bir misaranı xatırlayıram: “Müsibət oluruq biz səhv düşəndə yerimiz”. Bəli, söz də yerinə düşməyəndə müsibətə dönür, sanki havadan asılı qalır…
Vasif ZÖHRABOĞLU (Mustafayev) 1986-cı il aprel ayının 19-da Şəkidə doğulub. 1993-2004-cü illərdə Şəki şəhər Nur Paşa Hümmətov adına orta məktəbdə təhsil alıb. 2004-2005-ci ildə hərbi xidmətdə olub. Şeirləri “Zərif beytlərimiz” almanaxında, “Türk dünyası şairlər antologiysı”nda, “Söz odası” qəzetində, müxtəlif ədəbiyyat portallarında dərc olunub.
Aliq Nağıoğlu
Rayon mərkəzindən iyirmi kilometr uzaqda yerləşən kəndimizə saat ikidən sonra mikroavtobuslar işləmir. Bu yolun üstündə on beş minlik əhali yaşayan daha beş kənd var. Bu sırada dənizlə həmsərhəd olan mənim kəndim sonuncu məntəqədir. Mikroavtobuslar xəttə çıxandan xalturaçıların mısmırığı yer süpürsə də, tez-tez aralarında atmacalar yaşansa da şükürlər olsun böyük qeylü-qala keçmədi. İndiki zamanda əvvəli xırda dava-dalaşla başlanan ölümlər yaman çoxalıb.
Namiq Hacıheydərli
Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin başqanı
20-ci yüzilin 80-ci illərində köyümüzdə – Muğan torpağında, Salyanın Varlı kəndində “Novruz” necə qarşılanırdı və necə keçirilirdi? Bunları yazmaqda fayda görürəm. Nədəni bu ki, artıq bu adətlərin bəziləri unudulub və unudulmaqda davam edir və əminəm bunları yazmasam kimsə yazmayacaq. Həm də uşaqlıq illərim ötən əsrin 80-ci illərinə düşüb deyə bu dövrdə “Novruz”un qarşılanma sürəcinin davamlı olaraq “fəal iştirakçısı” olmuşam.
