Qalib ŞƏFAHƏT. ŞEİRLƏR
BÖYÜDÜR
İndiyədək sən böyütdün,
İnnən bеlə dərd böyüdür.
Sən bir оğul böyütmüsən.
О bir igid, mərd böyüdür.
Azər H. Həsrət
“Türk milləti bir də belə dastan yarada biləcəkmi görəsən? İnanmıram! Mümkün deyil! Bu dastan türk xalq dilinin zirvəsidir. Əlçatmazdır. Mükəmməldir. Bundan o yanası toxdur. Son dərəcə poetik, obrazlı, sanki ruhu oxşayırmış, əfsun, sirr dolu bir dildir bu dastanın dili…”
Yuxarıdakı fikirlər Mirzə Hacının bu il dərc edilmiş “Dədə Qorqudu düşünərkən” adlı kitabındandır.
Osman BAŞ
Şiir, yüreğin derinliklerinde zirvedir. Yerini ve dozunu tayin etmek çok zordur.
Mısralar, dizeler ve dahi dörtlükler oluşmaya başladığı andan itibaren vücut şiire teslim olmuştur. Bütün hücreler, noktalar şiirin oluşumunda görev almıştır. Her şey şiire kilitlenmiştir.
Ömrünün 82-ci sənəsini aşırmaqdadır Musa İlyasoğlu. Maşallah olsun, ilhamı da, eşqi də lap qaydasındadı hələ. İndinin özündə də kitab oxumaqdan, şeir dinləməkdən, saza qulaq asmaqdan doymur ki, doymur. Qazağın İncə dərəsinin Aslanbəyli kəndində 40 ildən yuxarı şagirdlərə fizika elminin sirlərini öyrədib Musa müəllim. Vaxtilə dərs dediyi uşaqların sorağı Azərbaycanın nüfuzlu elm ocaqlarından gəlir indi.
Şeyxə Suad Əl-Sabah
(Çağdaş ərəb şeirinin tanınmış nümayəndəsi, Küveyt şairəsi Şeyxə Suad Əl-Sabahın müxtəlif illərdə qələmə aldığı şeirlərindən kiçik bir güldəstə təqdim edirik.
Şeyxə Suad Əl-Sabah dünya ədəbiyyatında 60-cı illər mərhələsi kimi tanınan möhtəşəm bir dövrün yetirməsidir. Bu möhtərəm xanım Küveyt poeziyasında həm yeni bir gələnək başlayaraq onu modern Avropa şeiri ilə qovuşdurması, həm də cəsarətli, azad düşüncəsi ilə öz xalqı, mədəniyyəti qarşısında böyük xidmət göstərib.
Şeirləri dünyanın bir çox dillərinə çevrilmiş şairənin Azərbaycan oxucuları ilə ilk görüşü bu il Bakıda nəşr olunmuş “Məni Günəşə apar” kitabı ilə gerçəkləşib. Şeyxə Suadın şeirlərini dilimizə Bəsti Əlibəyli və Babək Əhmədov çevirib.)
“ÇIXARDIN MƏZARDAN ARZULARIMI”
Başlığa çıxardığım misra Xalidindir. – Xalid Zaman (Xalid Sahib oğlu Məmmədov) 27 aprel 1990-cı ildə Şəkidə doğulub. Xəzər Universitetini bitirib. Hazırda Osloda Norveç Biznes Universitetinin magistraturasında oxuyur.
İngilis, norveç, norveç, rus, ərəb və fransız dillərini bilir.
Xalid Norveç Azərbaycanlıların Gənclik Təşkilatında çalışır.
Xalidin şerlərini mənə jurnalist dostumuz Natiq Muxtarlı təqdim elədi. Özünəməxsus poetik düşüncə tərzi var gənc yazarın:
