Ramilə QURBANLI
Hər bir insanın taleyi doğuluşundan alnına yazılır. Nə yazıldısa, odur. Sonradan heç kim heç kimin, yaxud özünün taleyində dəyişiklik etməyə qadir deyil. Kimin başına da nə gəlirsə qədəridir – deyirlər. Yaxşı, qəbul etdim, elədir, amma bir məqamı anlaya bilmirəm. Görəsən, torpağı işğal olunan, özü didərgin salınan, şəhid olan, əsir düşən insanların da taleyinə bu başına gələnlər doğuluşunda yazılır?! Bütöv bir millətin taleyinə yazılır ki, millət kimi sənin başına filan müsibətlər gələcək?
