Şirinxanım Kərimbəyli ŞADİMAN
Şirin laylaların ana dilində,
Könlümün içinə dağılan heca.
Düşüb yuyunuram şaqraq selində,
Zərif çiçəklərtək yığılan heca.
Sənət ciddi məsələdir. Bu ciddi məsələ ilə ciddi insanlar məşğul ola bilər. Sənət yaratmaq – həyatı dərk edən, onun iç anlamını, insan varlığının aşkara çıxan-çıxmayan incəliklərini görən, bilən və göstərməyi bacaran şəxsiyyətin işidir.
Əfsanə BAYRAMQIZI
Kölgənin səyahəti
Uzaqdan, lap uzaqdan boynu bükük bir yarıdağılmış minarə boylanır… boylandığı səmtdə sanki itirdiyi doğma birisini axtarır. Onun yanından üzü doğuya sıx ortaölçülü daşlarla döşənmiş dar küçə… sanki sonsuzluğa baş alıb gedir… Küçə boyu uzanan, damları qırmızı kirəmitli evlərin indi sadəcə çox az hissəsinin kirəmiti yerində qalıb. Sıx biçimdə nizamla döşənmiş kirəmitlərin bəziləri ya dağılıb, ya da qar-yağış rəngini-rufunu aparıb.
Aliq NAĞIOĞLU
Satış şöbəsinin rəisi Sədi müəllim iki gündü qara “dördgözü” möhkəm əzmişdi. Allah tərəfi, tabeliyində olan işçilər hərə imkanı daxilində pul qoyub bir növ borclarından çıxmışdılar. Amma toplanan məbləğ maşının təmirinə kifayət etmirdi, hələ baş idarədən iki qonağı da vardı, odur ki, işdə qaşqabağı yer süpürür, şikayətə gələnləri də kobud qarşılayır, sancırdı.
Elçin İsgəndərzadənin şeirlərində inikasını tapan lirik qəhrəmanı daxili tənhalığında yaşayaraq bəzən ona əzab verən hiss, düşüncələri içərisində vurnuxur. Kədər, qəm, dərdin çoxluğu və ya ağırlığı qəhrəmanın “iç” aləmi, dünyasında artıq geniş və böyük dövrə vuraraq daxili çalxalanma və ya daxili təlatüm dənizi yaratmışdır. O halda qəhrəmanın “soluxmuş bənizində” dərd bəzi məqamlarda sahilə çırpılmış bir balıq kimi çabalamaqdadır:
Bu şəhər yamanca sənsizləyib, Givi!
GİVİ! Yamanca qəribsəyib dostların səndən yana…
Hər kəsin dilində-ağzındasan. Elə hey dilimiz çaşır, bir-birmizi çağıranda sənin adın gəlir dilimizə. Yerin görünür hər addımda, vallahi. Ay insafsız, bircə dəfə Bakıya gəldin, onda da mən Şəkidəydim. Elə bil acıq verirsən adama, dostluğunu da qram- qram daddırırsan yaxınlarına, əzizlərinə. Givi, bircə dəfə dərdləşmək imkanı düşəndə o fürsəti də elə bil fələk əlimizdən alır…
Esmira RƏHİMLİ
/1966-cı ildə Bakı şəhərində doğulub. 1983-86-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsilini davam etdirib. 1998-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür./
