AĞ ÇİÇƏK
Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.
Şair Vasif SÜLEYMANın “Bu, ömürdür mən dediyim, nağıl yox” adlı yeni kitabı işıq üzü görüb.
Kitab görkəmli şairimiz Məmməd İSMAYILın «Növbədənkənar yazı və ya hər kitab sevinəni tapır» adlı ön sözü ilə açılır.
Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, “Uçurum” poeması və publisistik yazıları toplanıb.
Şairin yeni kitab sevincini bölüşür, kitabdakı şeirlərdən bir neçəsini ərməğan edirik:
(Qönçəgül Kamal qızı CABBARLI;
08 iyun 1977-ci ildə Laçın rayonuda doğulub. Ermənistanın işğalçılıq siyasəti sonucunda 1992-ci ildə doğma elindən məcburi köçkün düşüb, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb.
1994-1999-cu illərədə BDU-nun Jurnalistika fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr təhsili alıb. 2007-ci ildə Azərbaycan Amerika Jurnalist Akademiyasının (ANS TV ilə birgə düzənlədiyi) telejurnalistika kursunu uğurla bitirib. Hazırda “Lider TV və Radio-Azərbaycan” MMC-də çalışır.
Mahir QABİLOĞLU
Atamın 70 yaşı tamam olurdu. Evdə gözəl bir ziyafət təşkil etmişdik. Balaca 16 kvadrat metrlik otaqda iki stol – 15 nəfərlik bir süfrə açmışdıq. Qonaqlara qulluğu mən və həyat yoldaşım boynumuza götürmüşdük. Yeməklərin hazırlanması isə anamla atamın dayısı qızı Mənzərin boynuna idi. İlk gələn, səhər saat 11-də Xalq şairi Nəbi Xəzri oldu.
AFƏT VİLƏŞSOY (Abuşova) 27 aprel, 1985-ci ildə Masallıda doğulub. AYB-nin üzvüdür (2006 ), gənc yazar olaraq Prezidentin Təqaüd Fondunun təqaüdçüsü olub(2011). BDU-da bakalavr (2007), BSU-da magistr (2009) təhsili alıb. 2011-ci ildən BDU-nun dissertantı, həmin universitet nəzdindəki “Gənc istedadlar “ Liseyinin öyrətmənidir.
On elmi məqalə və tezisin yanısıra, “Çiçək nəğməsi” (2004), “Könül pıçıltısı” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) adlı şeir kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.
Şəhid Şair Fuad ƏSƏD(OV) öz elini belə tanıdırdı
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən,
Bu da belə bir ömürdü yaşadım.
M.Araz
Cəbrayıl! Mələk xislətli, mələk qədər gözəl, mələk qədər təmiz, mələk qədər günahlardan uzaq diyar!
