Zəka Vilayətoğlunun “Araz” nəşriyyatında “Milena” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda yazarın son illərdə qələmə aldığı oxunaqlı povest və öyküləri yer alıb.
Kitabı, “Neptun” dükanlar şəbəkəsi və “Akademiya kitab” dükanından əldə etmək mümkündür.
YENİLİKLƏR
“ÇARX FİLM” studiyasının təşkil etdiyi kurslar peşəkar ssenaristlər tərəfindən aparılacaq. Kurslar ödənişli əsaslarla iki smestrdən ibarət olmaqla 1 illikdir. Təhsildə fərqlənənlərə təhsil haqqı ilə bağlı 10%-dən 25 %-dək güzəştlər ediləcək. Təhsil ilinin sonunda kursu bitirənlərə setifikat veriləcək.
“Qanun”da nəfis biçimdə işıq üzü görən nəşrdə mərhum yazıçı Eyvaz Əlləzoğlunun 80-ci illərdə qələmə aldığı öykülər yer alıb.
Əsərlərdə tənhalıqla, yaşamın qanunu ilə barışa bilməyən personajların iç dünyası təsvir edilib. Toplumdakı boşluqda çabalayan, çıxış nöqtəsi tapmayıb, yaşamla, gerçəkliklə “barışan”, aciz və taleyinə boyun əymiş insanın mənən özünü tapması, bu yolda çətinliklərə qatlaşması, çevrəsini anlamaq cəhdi, günah hissini qavraması və bütün bunlara baxmayaraq, yenə də yaşamaq uğrunda mübarizə aparması kimi önəmli olanaqlar əks olunur…
Ruhu şad olsun!
Bugünlərdə, “Gənclər Evi”ndə (Bakı, Süleyman Rüstəm küçəsi-7) DGTYB Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın ilk kitabı “Güldar”ın təqdimatı keçirilib.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Əkbər Qoşalı, Məti Osmanoğlu, Əli Aslanoğlu, Könül Səid, Samirə Əşrəf, Xuraman Nuri, Mövlud Mövlud, Ayxan Ayvaz, Sevda Babayeva, xanım yazarın ailə üzvləri, müəllimləri və başqaları çıxış edərək, onun hekayələri haqqında öz fikirlərini bildiriblər.
(Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəkləri ilə…)
30.06.2013
– Qonaqların qarşılanması, oteldə yerləşdirilməsi;
– Ziyafət.
01.07.2013
– Səhər yeməyi;
– Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykələr”i ziyarət;
– Modern.az-da görüş;
– Nahar;
– Sərbəst vaxt;
– DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı (R.Behbudov adına Dövlət Mahnı Teatrı, sat 17.00);
Azərbaycan aşıq sənətinin ən qüdrətli nümayəndələrindən olan Mikayıl Azaflının “Zindan məktubları” adlı yeni kitabı işıq üzü görüb. Mərhum ustadın bu kitabında indiyədək heç yerdə çap olunmayan bir sıra yaradıcılıq örnəkləri ilə yanaşı, başqa ünlü şeirləri də toplanıb.
Şəfəq Sahiblinin yenidən oxucuları ilə kitablı görüşə gəlib…
Yeni nəsil istedadlı qadın yazarlarımızdan olan Şəfəq Sahiblinin kitabı işıq üzü görüb.
“Nurlan”da nəfis tərtibatla nəşr olunan və “BİR GÜN…” adlanan kitaba xanım Sahiblinin son illər yazdığı şeirlər daxil edilib.
Kitaba önsözü şairə Məlahət Yusifqızı yazıb.
Şair İbrahim İlyaslınının Güney Azərbaycanın Təbriz şəhərində “Yuxuma öykənmiş adam” adlı kitabı işıq üzü görüb.
“Haşimi Sudmənd Yayın Evi” tərəfindən 1000 nüsxəylə nəşr olunan kitabdakı mətnləri əski əlifbaya Kərim Səvabi Bəxşayiş çevirib.
86 səhifədən ibarət olan kitab, Güneydəki kitab dükanlarında 3000 tümənə satışa çıxarılıb.


