Ana səhifə BAŞ YAZI GÜL KİMİ “GÜLDAR”

GÜL KİMİ “GÜLDAR”

Müəllif: Bizim Yazı
483 baxış

Guldarin teqdimatindanBugünlərdə, “Gənclər Evi”ndə (Bakı, Süleyman Rüstəm küçəsi-7) DGTYB Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın ilk kitabı “Güldar”ın təqdimatı keçirilib.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Əkbər Qoşalı, Məti Osmanoğlu, Əli Aslanoğlu, Könül Səid, Samirə Əşrəf, Xuraman Nuri, Mövlud Mövlud, Ayxan Ayvaz, Sevda Babayeva, xanım yazarın ailə üzvləri, müəllimləri və başqaları çıxış edərək, onun hekayələri haqqında öz fikirlərini bildiriblər.
Qeyd edək ki, “Güldar” gənc yazarın ilk kitabıdır. Kitabda 11 hekayə toplanıb.  Hekayələr müxtəlif mövzuları əhatə edir.
Güldar” hekayəsində Doğu Türküstandan olan uyğur qızı Güldarın yaşamından söz açılır. Komplekssiz qız olan Güldar Peterburqda türkologiya üzrə təhsil alarkən… millətçi ruslar tərəfindən öldürülür. “Savalan” isə Güney Azərbaycandan olan bir azadlıq mücahidinin yaşamını anladır.
Bundan başqa, kitabda “Gülər”, “Falçı”, “Fars dili” və başqa – toplam 11 hekayə yer alıb.

***
Şahnaz Novruz qızı Kamal(ova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub. BDU-nun Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində SPbDU (SPBQU)- nun Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.