Ana səhifə BAŞ YAZI Azaflının “Zindan məktubları”

Azaflının “Zindan məktubları”

Müəllif: Bizim Yazı
944 baxış

Azərbaycan aşıq sənətinin ən qüdrətli nümayəndələrindən olan Mikayıl Azaflının “Zindan məktubları” adlı yeni kitabı işıq üzü görüb. Mərhum ustadın bu kitabında indiyədək heç yerdə çap olunmayan bir sıra yaradıcılıq örnəkləri ilə yanaşı, başqa ünlü şeirləri də toplanıb.
Müxtəlif vaxtlarda həbsxana həyatı görmüş aşığın “Zindan məktubları”nda yaşadığı haqsız məşəqqətlər, çəkdiyi ağrılar, doğmaları üçün keçirdiyi rahatsızlıqlar əks olunub. Mikayıl Azaflının arxivində saxlanılan həmin məktublarda həbsxanada yazılmış şeirlər də var.
Onu da qeyd edək ki, kitabın tərtibçiləri ustad aşığın arxivindən əldə edilən məktublarda üslubu olduğu kimi qoruyub saxlayıblar.
Yüksək yaradıcılıq məziyyətlərini özündə birləşdirən Mikayıl Azaflı yaradıcılığının toplandığı bu kitabının da geniş oxucu ilgisinə səbəb olacağına inanırıq.

Kitabın redaktorları Ehtiram İlham, Əfqan Nəsirli və Əkbər Qoşalı, toplayıb, tərtib edənləri Məlahət Mikayılqızı, Hökmran Azaflı, “önsöz” yazarı isə prof.dr. Nəsir Əhmədlidir.

Azaflı sənətinin vurğunu Vəzir Həsənoğlunun  dəstəy ilə işıq üzü görən 496 səhifəlik “Zindan məktubları” Bakıdakı “MBM” Basım Evində 1000 sayla kitablaşıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.