Ana səhifə BAŞ YAZI Doğma adlarımız haqqında doğma bitik…

Doğma adlarımız haqqında doğma bitik…

Müəllif: Bizim Yazı
446 baxış

Əzizxan Tanrıverdi. Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi-linqvistik tədqiqi (Bakı, «Elm və təhsil», 2012, 214 səh.)

Tanınmış alim, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin «Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi-linqvistik tədqiqi» (2012) adlı yeni kitabı «Elm və təhsil» nəşriyyatında işıq üzü görmüşdür. Monoqrafiyada türk mənşəli Azərbaycan şəxs adları diaxronik və sinxronik müstəvidə elmi təhlilə cəlb edilmiş, bir sıra antroponimlərin etimologiyası öyrənilmişdir. Tədqiqatçı arxaikləşən, apelyativi arxaikləşən, apelyativi arxaizm səciyyəli dialektizm və dialektizm olan antroponimləri sistemli şəkildə araşdırmış, 60-a qədər antroponimi ilk dəfə olaraq etimoloji baxımdan təhlil edilmişdir. Üç mükəmməl elmi məzmuna malik fəsildən ibarət olan bu tədqiqat əsəri təkcə filoloq-mütəxəssislər üçün deyil, həmçinin hər bir Azərbaycanlı üçün faydalı elmi qaynaqdır.

***

Əzizxan Tanrıverdi 17 kitabın, 160-dan artıq elmi məqalənin müəllifidir. «Türk mənşəli Azərbaycan antroponimləri» (1996), «Kitabi-Dədə Qorqud»da şəxs adları (1999)», «XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası» (2000), «Kitabi-Dədə Qorqud» və qərb ləhcəsi» (2002), «Kitabi-Dədə Qorqud»un obrazlı dili» (2006), «Kitabi-Dədə Qorqud»un söz dünyası» (2007), «Dədə Qorqud kitabı»nın dil möcüzəsi» (2008), «Dilimiz, mənəviyyatımız» (2008), «Poeziyanın dili, dilin poeziyası» (2008), «Qədim türk mənbələrində yaşayan şəxs adları» (2009), «Azərbaycan dilinin tarixi qrammatikası» (2010) kimi dəyərli tədqiqatları ədəbi-elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.