Göy üzündə Ay işığı,
İşığında mələklər,
Yelpikləyir ulduzları
Qanadları yorulunca,
Süzür, üzür göy üzünü,
Lələyiylə, əliylə
Çimizdirir yer üzünü.
BAŞ YAZI
Elman TOVUZ
Bu yaxınlarda şair-rəssam Məmməd Dəmirçioğlunun “feysbuk səhifəsi”ndə bir şəkil gördüm. – Balaca İlqar Məmmədlinin şəkli… İki sayğın şairin: Məmməd İlqarla Məmməd Dəmirçioğlunun ortaq nəvəsi İlqarın!.. Ürəyimdən bir-iki bənd yazmaq keçdi. – Bu balaca şeiri balaca İlqar Məmmədə ad etdim:
Afaq ŞIXLI
Yəqin ki, şeir yazmaq insanı öz, özgü olmağa alışdırır zamanla. Və yəqin o səbəbdəndir ki, düşündüklərimi, ürəyimdən keçənləri, susa bilmədiklərimi bir məqalə və ya hekayə kimi yazdığım hallar az olur. Onlar adətən misralara süzülür və şeirə çevrilirlər. Lakin elə sözlər var ki, onları beləcə sətir-sətir incələmək və bölüşmək istəyir insan…
Bu yazının adını nə qoyacağımı düşündüyümdə, uzun illər öncə Gənclik jurnalında işləyən rəhmətlik Hüseyn Əfəndinin yazdığı bir məqalə yadıma düşdü və bu ürək sözlərimə həmin məqalənin adını qoymağı qərara aldım.
Abdullah SATOĞLU – TÜRKİYE
Aralarında, mümtaz bilim adamı, yazar ve şairlerin de bulunduğu, bir topluluğa hitabetmenin, güçlüğünü biliyorum.
Çünkü;
İnsanlığın hem gözü, hem dilidir şairler
Zifirî gecelerin kandilidir şairler.
Açlıktan koksa da günbegün sıcak nefesi
Kuruyan dudakların sebilidir şairler!
Azərbaycan aşıq sənətinin ən qüdrətli nümayəndələrindən olan Mikayıl Azaflının “Zindan məktubları” adlı yeni kitabı işıq üzü görüb. Mərhum ustadın bu kitabında indiyədək heç yerdə çap olunmayan bir sıra yaradıcılıq örnəkləri ilə yanaşı, başqa ünlü şeirləri də toplanıb.
Sənin Atan özündən sonra bir dünya yaradıb, qoyub getdi bizə… Hərənin bir dünyası var ey… deyirlər, kimin buna nə sözü ola bilər ki… sənin atanın yaratdığı dünya həm də bir sənət dünyasıydı. Və elə buna görə də elə bizim hamımızın dünyası oldu atanın dünyası… Allah o dünyasını vermiş atan, oradan-bura bu dünyamızı verməknən məşğuldur indi. Nə xoş, nə könülyaxan… Sənin Atan taleyin qəzavü-qədərindəndimi, nədəndi – bir hava belə yaratmadı. Amma yenə də taleyin naxış?ndandımı ki, hər bir havanı təzədən yaratdı sanki. Nə gözəl güllər, nə şirin xallar…
Türkiyənin “Yapı Kredi” bankının nəşriyyatı ünlü yazar Səməd Ağaoğlunun “İlk köşə” və “Həyat bir macəradır” adlı kitablarını çapdan çıxarıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, S.Ağaoğlunun bütün əsərlərinin çap səlahiyyəti Türkiyənin ən böyük nəşriyyatı sayılan “Yapı Kredi” bankının nəşriyyatındadır.
Şəfəq Sahiblinin yenidən oxucuları ilə kitablı görüşə gəlib…
Yeni nəsil istedadlı qadın yazarlarımızdan olan Şəfəq Sahiblinin kitabı işıq üzü görüb.
“Nurlan”da nəfis tərtibatla nəşr olunan və “BİR GÜN…” adlanan kitaba xanım Sahiblinin son illər yazdığı şeirlər daxil edilib.
Kitaba önsözü şairə Məlahət Yusifqızı yazıb.
Yusif Alıyev, fəlsəfə doktoru
“Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam” – bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun dahiləridir. Yəni xalq üçün doğulan, lakin bəşəriyyət üçün yaşayan, iz buraxan dühalar xalqı tanıdıb.

