Voyçek Kuçok (Polşa)
MARİYA
Mariya qatarın boş kupelərindən birində başmaqlarını soyunaraq ayaqlarını qarşıdakı oturacağa qoymuşdu. Yarıaçıq pəncərədən güclü külək birbaşa onun başına vururdu. Çarxların tıqqıltısı, səslərin ahəngi onu sevindirirdi. Mariya gülümsəyirdi. Küləyin onun yaylığını başından açmasına, saçlarını daramasına icazə verirdi. Qara şalvarın altından çıxan incə ayaqlarına baxaraq sevinclə başını yırğalarkən üzünə təbəssüm qonurdu.

