Ana səhifə YAZILAR Yaxşılar yaşayır

Yaxşılar yaşayır

Müəllif: Bizim Yazı
454 baxış

Tural İrfan, DGTYB Yönətim Kurulu başqan müavini, Prezidentin Təqaüd Fondunun təqaüdçüsü

Ulu öndərimizin təməlini qoyduğu çiçəklənən öz təbirincə desək “Dünyaya Günəş tək doğan” şanlı Azərbaycanımızda, bu yolun müqəddəs və layiqli yolçusu hörmətli Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü dahiyanə siyasət nəticəsində vətənimiz daha da inkişaf edir, aləmə səs salır, ürəklərə qürur verir.

Hörmətli Prezidentimizin kadr siyasəti sahəsindəki bütün fəaliyyətinə dəstəyin timsalında aparılan islahatlar, yeniliklər, əhaliyə xidmətin tərəqqisi zəminində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə və cənab nazir S.Müslümova təşəkkürümü bildirirəm. Xüsusən Abşeron rayonu ƏƏSMM –  gənc sədrinə səmimi və canıyanan xidmətlərinə görə təşəkkürlərimi yetirirəm. Lakin Abşeron rayon TSEK–nın sədri Eldar Abbasov barəsində cənab nazirə, nazirliyin  aidiyyəti heyətinə xüsusi təşəkkürümü ifadə edirəm. Qələm və Söz sahibi kimi, hökumətimizin bu cür layiqli, vicdanlı, savadlı, yüksək və əxlaqi keyfiyyətli kadrı haqqında layiqli sözü deməmək məncə xəsislik olardı. Onun rayonumuzda əlillərin problemlərimi qanun çərçivəsində, incitmədən onlara ruh verərək, gələcəyə, yaşamağa həvəsləndirərək təmənnasız həll etməyə çalışması, köməklik etməsi əhalidə ona qarşı böyük rəğbət və razılıq hissləri yaradır. Onun vəzifəsinə layiq fəaliyyətindən razı olan vətəndaşlardan biri kimi qələm sahibi olaraq ilhamım məni aşağıdakı şerləri ona ünvanlanmağa bir növü məcbur etdi.
Sonra bildim ki, Eldar müəllim də dilbər guşələrimizdən olan Gədəbəy rayonundandır və şeirə sənətə də yaxından bağlı insandır.

***

ƏƏSMN Abşeron rayon TSEK – nın sədri Eldar Abbasova ithaf edirəm.

Səni soraqladım, ay Eldar həkim,
Səmimi, haqq sevən insan, dedilər.
Dedim qoy şeirlə şəklini çəkim,
İşində yoxdu bir nöqsan dedilər.

Gəldim görüşünə Bəhmandan dedin,
Şair Sücaətdən nümunə verdin…
Ölməz dahiləri müqəddəs bildin,
Yanımda duranlar “Əhsən” dedilər.

Gədəbəyin sirli suyu canında,
İgidlərin comərdliyi qanında,
Yeddi səkkiz əhli – halın yanında
Adına hikmətli Loğman dedilər.

El içində qazanıbsan hörməti,
Sən dağlar oğlusan, dəyişmə qəti!
Qıraqdan eşitdi üçü söhbəti –
“Ona canımız da qurban!” – dedilər.

Saf üzündən qürur yağır, eloğlu,
Görkəmindən Günəş doğur, eloğlu,
Bir arada onu çağır, eloğlu,
Sənə şeir desin İrfan, dedilər.
06.05.2015

***
Dağlardanmı yığıb gətiribsən sən,
Ellərin qəlbinin məhəbbətini.
Doğru əməlinlə dəstəkləyirsən,
Sən Ulu Öndərin siyasətini…

Canına can verən millətin ulu,
Səni yetişdirən dövlətin ulu.
Nur yolun Heydərin, İlhamın yolu
(Şöhrətin əzilməz, qeyrətin ulu)

Kəpəzdən almısan dəyanətini.
İlhamlı gələcək qəlbində təpər,
Doğruluq – düzgünlük dilində əzbər.
Adam az qalır ki, əlindən öpə –
Şəstlə geri çəkir şux qamətini…

Şər yüz vurnuxsa da yaxın gələmməz,
Vicdan zirehini əsla dələmməz.
Qədir, urvatını alçaq biləmməz,
Avey, Qoşqar verən düz qiymətini.

Tural da söz olub ələnir dedim,
Könlümdən dilimə gələni dedim.
Tərif eləmədim, olanı dedim,
Özüm sınamışam sədaqətini.
15.05.2015

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.