Home İCTİMAİ TÜMER eksperti Nur Meryem Özbek beynəlxalq konqresdə məruzə edib

TÜMER eksperti Nur Meryem Özbek beynəlxalq konqresdə məruzə edib

by Ali Zeynalov

“Türk Akademisyenler Birliyi” tərəfindən təşkil olunan “Qənirə Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” mövzulu beynəlxalq konqresində Türk Strateji Düşüncə Mərkəzinin (TÜMER) Sosiologiya və Toplumsal Araşdırmalar Küməsi Başkanı, peşəkar sosioloq Nur Meryem Özbek də məruzə ilə çıxış edib.
Turkustan.az xəbər verir ki, 27–28 sentyabr tarixlərində onlayn formatda keçirilən beynəlxalq konqres Qənirə Paşayevanın Türk dünyasının birliyi, mədəni əlaqələri və ortaq gələcəyi istiqamətindəki siyasi, ədəbi və intellektual irsinin müxtəlif elmi istiqamətlərdən araşdırılmasına həsr olunub. Tədbirdə 22 ölkədən alim, tədqiqatçı və fikir adamları iştirak edib.
Kongres çərçivəsində Nur Meryem Özbek “Sərhədləri aşan köklər: Türk Dünyası anlayışında ontolojik qohumluq və transmilli aidiyyət duyğusunun müəyyən edilməsiadlı məruzəsini təqdim edib. Araşdırmada Türk dünyasında ortaq kimlik və aidiyyət məsələsi dövlətlərarası münasibətlərdən kənara çıxarılaraq, insanların gündəlik rəqəmsal davranışları, axtarışları və onlayn qarşılıqlı əlaqələri üzərindən sosioloji baxımdan araşdırılıb.
Özbekin təqdimatında qeyd etdiyi araşdırmaya görə, Macarıstandan Sibir və Altaylara qədər uzanan geniş coğrafiyada yaşayan insanların rəqəmsal mühitdə bir-biri ilə qurduğu əlaqələr Türk dünyasında ortaq kimlik və aidiyyətin yalnız siyasi və institusional səviyyədə deyil, cəmiyyətin özündə də formalaşan bir proses olduğunu göstərir. Araşdırmada **74 müxtəlif mənbədən toplanmış 13.724 məlumat vahidi** üzərindən axtarış sistemləri və rəqəmsal platformalardakı reaksiyalar təhlil edilib.
Tədqiqatın diqqət çəkən məqamlarından biri də Qənirə Paşayevanın irsinin bu araşdırmaya verdiyi ilhamdır. Özbek məruzəsinin hazırlanması prosesində Paşayevanın Türk dünyası, mədəni birlik və ortaq kimlik mövzusundakı çıxışlarının, müsahibələrinin və ictimai fəaliyyətinin mühüm ilham mənbəyi olduğunu vurğulayıb. Araşdırma Türk dünyasındakıaidiyyət hissinin yalnız siyasi çağırışlarla izah edilə bilməyəcəyini, dil yaxınlığı, tarixi yaddaş, ortaq simvollar və mədəni köklər vasitəsilə gündəlik həyatda da yenidən istehsal olunduğunu ortaya qoymağa çalışır. Bu baxımdan rəqəmsal məkan ənənəvi coğrafi sərhədləri aşan yeni sosial əlaqə sahəsi kimi təqdim olunur.
Nur Meryem Özbekin məruzəsi Türk dünyası araşdırmalarında dövlətlərarası inteqrasiya modelindən fərqli olaraq, sosial münasibətlər və rəqəmsal davranışlar üzərindən formalaşan aidiyyətin araşdırılması baxımından diqqət çəkir.
TÜMER-in Sosiologiya və Toplumsal Araşdırmalar Küməsi tərəfindən aparılan bu istiqamətdəki çalışmaların əsas məqsədi isə Türk dünyasında cəmiyyətlərin, xüsusilə gənc nəsillərin ortaq kimlik, mədəni yaddaş, sosial əlaqələr və gələcək əməkdaşlıq imkanlarını elmi metodlarla araşdırmaqdır. TÜMER özünü Türk düşüncə həyatına töhfə verən, strateji və mədəni sahələrdə elmi əsaslı araşdırmalar aparan və gənc tədqiqatçıları dəstəkləyən müstəqil düşüncə qurumu kimi təqdim edir.

You may also like

Leave a Comment