Ana səhifə YAZILAR Şirinxanım Kərimbəyli Şadiman

Şirinxanım Kərimbəyli Şadiman

Müəllif: Bizim Yazı
1. 094 baxış

KÜÇƏ UŞAQLARI GÖZLƏRİ QƏMLİ

Küçə uşaqları – gözləri qəmli,
Baxışları doğar kədər yaşları.
Bütün ömürləri keçər ələmli,
Dərdləri onlarla can sirdaşları…

Kirli üst-başları gendən görünər,
Ana qucağını həsrətlə anar.
Dallarıyca acı tale sürünər,
Dözməyən ürəklər bu dərdə yanar.

Dilləri böyüktək danışar, amma
yorğun üzlərində inciklik gəzər.
Onlar dilənçidi arzuya, kama,
Arzu, kam onlara salmaz bir nəzər.

Parkda dolaşarlar gündüzlər, gecə
soyuq zirzəmilər evləri olar.
Böyüdər qoynunda qaranlıq küçə,
Körpə baxışları yollarda solar.

Bir qarın çörəyin dərdin çəkərlər,
Onlar böyüklərtək vurnuxar gündüz.
Bütün ağrıları qəlbə tökərlər,
Baxışlar dilənçi… və gülməyən üz.

…Bir-birini döyər, vuruşarlar da,
Köhnə üst-başları cırılıb çıxar.
Yolçuluq etməkdə yarışarlar da,
Dardasa… gözləri doğmatək baxar.

…Fərqi yox hansı bir ölkə… bitirib.
Onları cəmiyyət özü yetirib…

2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.