Ana səhifə YAZILAR İydə çiçəyi

İydə çiçəyi

Müəllif: Bizim Yazı
364 baxış

Nigar İsfəndiyarqızı (İbrahimova)

(kənddən şəhərə gələn balalar buralarda “adam” olarlar amma heç böyüməzlər, ürəklərinin bir kənarında kənddəki ocağın qazanı qaynar…)

…ad gününə bir iydə çiçəyi göndərirəm, Ana…

…dopdolu iydə çiçəklərinin dolu olduğu şəhərdə dərd qoxuyuram… anamdan uzaqda… iydələr anam qoxumaz!
…gözlərimin didəsi ağrıyır… içində gizlədim dərdlərimi… yumsam çölə dağılacaq, açsam hər kəs görəcək içindəki SƏNİ…

…Şəhər iydə qoxuyur… dopdolu açan iydə çiçəklərinin gözəlliyinə dözəmmirəm… hərdən bir ağacın qucağına girib, gözlərimdəki dərdi silmək istəyirəm yarpaqlarına…
…iydə qoxuyur hər yer… anam sevər bu qoxunu… mənim dərdimi də anam anlar… bəlkə elə anamdı iydə ağacı… dünyaya çiçək ətri saçar…
…dopdolu iydə çiçəklərinin dolu olduğu bu şəhərdə dərd qoxuyuram… anamdan uzaqda… iydələr anam qoxumaz!
…məni duyursanmı, iydə ağacı?
…dinlə bir az… ona verdiyim sözləri tutmadan ölməkdi dərdim… ona verdiyim sözləri tutmadan dönməm!… anama demədiklərimi dinlə, iydə ağacı…
…çiçəklərini həyətimizə sər, iydə ağacı… anamın qızılgülləri var orda…
…ona de ki, qızının könlünə bənövşə düşüb… kimsə tanımaz şəhərdə… qızın qəribsəyib, de… nə desələr, gözündən yaş süzülür… evimizə get, iydə ağacı, sənin ətrin ayrıdı, alacaq anam… ona demədiklərimi de… de ki, O məndədi, hər gözümü yumanda, hər əlimi ürəyimə atanda o var orda… ona bənzədiyimi deyir şəhərdəkilər… anama oxşadığımı… sən ona de ki, iydə ağacı, de ki, mən ona bənzəyəmmirəm! şəhər onun mənə verdiklərini aldı əlimdən, məni gücsüz qıldı… ona de ki, iydə ağacı, buralarda analar bir başqadı… buraların balaları da analarına bənzər, ədalı, iddialıdı hamısı… buralarda, sac qoxusu gəlməz burnuma… ocaq qalanmaz… buraların havası gül qoxumaz!
…buralarda kimsə “qadamı almaz”…
…sahili gəzərəm axşamları… əslində gəzdiyim anamdı… iydə ağacı, anam axşamları sahildə gəzməz, mənim anam axşamları balalarını yığar başına, məni axtarar… “anan gözlərinə qurban” demədən uyumaz… Atam düz demişdi bizə… demişdi ki, hər kəs ana ola bilər, amma hər kəs ANA ola bilməz! Ana qoxumaz! sənin balan varmı, iydə ağacı?… mənim anam var! mən ona bənzəyirəm! mən Anamın qızıyam, iydə ağacı, ona de ki, tək getməsin bizim oralara, gələcəm! and olsun ORALARA ki, mən ONA GƏLƏCƏM!
Bir də, Anamın əllərindən öp, iydə ağacı, öp, gətir, qoyum, gözüm üstə…

You may also like

3 şərh

Aytekin Xalilova 2012-06-01 - 16:51

sahili gəzərəm axşamları… əslində gəzdiyim anamdı… iydə ağacı, anam axşamları sahildə gəzməz, mənim anam axşamları balalarını yığar başına, məni axtarar… “anan gözlərinə qurban” demədən uyumaz…

HÖRMƏTLİ NİGAR XANIM,YAZINIZI ÇOX BÖYÜK MARAQLA OXUDUM.OXUDUQCA GÖZLƏRİMİN YAŞINI SAXLAYA BİLMİRƏM.NECƏ QƏLBLƏRİ SİLKƏLƏDƏCƏK BİR ŞƏKİLDƏ YAZMISINIZ.ANA DÜNYADA ƏN MÜQƏDDƏS VARLIQDIR.ONUN YERİNİ VERƏN İKİNCİ BİR VARLIQ YOXDUR.ÇOX TƏSİRLİ YAZMISINIZ,ÇOX.YAZAN ƏLLƏRİNİZ VAR OLSUN.

HÖRMƏTLƏ:20 NÖMRƏLİ MƏKTƏBİN ƏDƏBİYYAT MÜƏLLİMİ AYTƏKİN XƏLİLOVA

Cavab
Nigar Isfendiyarqizi 2012-06-04 - 19:55

Salam muellimem…
Ureyimi doldurduqunuzdan xeberiniz varmi? tesekkur edirem!
Anam menim mebedimdi, dunyamdi. Bu gun MEN deye biliremse, mende olan her sey odu, onun verdikleridir. Cox tesekkur edirem diqqetinize gore, minnetdaram. Ureyinize, ellerinize, en onemlisi RUHUNuza saqliq. Eminem ki, sagirdleriniz sizin kimi bir oyredene sahib olduqlari ucun cox xesbextdiler.

Butun hormetimle Nigar Isfendiyarqizi

Cavab
Alovsat 2014-06-04 - 09:10

HER IKINIZIZ SAG OLUN! ÖYREDEN DE, ÖYREDILEN DE! ANA ELE BIR MÜQEDDES VARLIQDIR KI, MIN ILLER SENDEN AYRI DÜŠSE DE, UNUDULMAZ! ANA ELE BIR ZENGIN KITABXANADIR KI, MIN ILLER OXUNSA DA, TÜKENMEZ! ANA ELE BIR SIRLI-SORAQLI XEZINEDIR KI, INSAN OGLU NE QEDER ELLEŠIB VURUŠSA DA, NE QEDER ÜREYINDEKI SÖZLERI QELEME ALSA BELE, ONUN DAXILI DÜNYASINA GIRE BILMEZ! BUNA ÇATMAQ ÜÇÜN ASTACA BAŠINI ANANIN DIZININ ÜSTÜNE QOYUB EBEDI YUXUYA GETMEK LAZIMDIR… ALLAH DÜNYASINI DEYIŠEN ANALARIN YERINI BEHIŠT, QALANLARIN CANINI SAGLAM ELESIN! PEYGEMBERIMIZDEN ÇOX BILMEYECEYIK KI, ONSUZ DA ANALAR CENNETIN EN GÖZEL YERINDE, IYDE AGACLARININ ALTINDA IYDE ÇIÇEYININ ETRINI QOXUYURLAR! NIGAR XANIM, HALALDI SIZE ANANIZIN SAF SÜDÜ VE MÜELLIMENIZIN VERDIYI BILIK!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.