Ana səhifə YENİLİKLƏR “Gəncliyin sözü” Bakı Dövlət Universitetində təqdim olunub

“Gəncliyin sözü” Bakı Dövlət Universitetində təqdim olunub

Müəllif: Bizim Yazı
229 baxış

“Gəncliyin sözü” kitabı Bakı Dövlət Universitetində təqdim olunub.

Bizimyazı.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitabın Bakı Dövlət Universitetində təqdimatı keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və BDU könüllülərinin təşkilatçılığı ilə baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.

Tədbirdə təşkilat tərəfindən ərsəyə gətirilən “Gəncliyin sözü” kitabı təqdim olunub. Topluda 55 gənc yazarın müxtəlif mövzularda əsərləri toplanıb. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, fakültənin dekanı Əlamdar Cabbarlı, gənc yazarlar – Ümid Nəccari, Elmin Nuri, Ulucay Akif və Nadir Yalçın çıxış edərək, “Gəncliyin sözü” kitabının məziyyətlərindən bəhs ediblər. Görüşdə şair-bədii qiraətçi Anar Adilin ifasında şeirlər səsləndirilib, həmçinin tələbələrin çoxsaylı sualları cavablandırılıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.