Home YAZILAR İntiqam Yaşar Özbəkistanlı tələbələrlə görüşüb

İntiqam Yaşar Özbəkistanlı tələbələrlə görüşüb

by Ali Zeynalov

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Bahadur Kərimin dəvəti ilə universitetdə Özbək dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Səmimi və interaktiv şəraitdə keçən görüşdə Azərbaycan ədəbiyyatı, milli-mədəni dəyərlərimiz və Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında söhbət aparılıb. İntiqam Yaşar şeirlərindən nümunələr səsləndirib, tələbələrin suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb.

Söhbət zamanı Azərbaycan ədəbiyyatının müasir inkişaf istiqamətləri, gənc yazarların yaradıcılığı və iki ölkənin ədəbi-mədəni əlaqələrinin mövcud vəziyyəti və perspektivləri kimi məsələlərə toxunulub. İntiqam Yaşar tələbələri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa, iki ölkə arasında ədəbi-mədəni dostluğun möhkəmlənməsinə töhfə verməyə çağırıb. Görüşdə qarşılıqlı ədəbi əməkdaşlığın genişləndirilməsi və tələbələrin Azərbaycan ədəbiyyatına marağının artırılması istiqamətində fikir və təkliflər səsləndirilib.

You may also like

Leave a Comment