Ana səhifə İCTİMAİ “GƏNCLİYİN SÖZÜ” kitabı ADPU-nun Şamaxı filialında təqdim olunub

“GƏNCLİYİN SÖZÜ” kitabı ADPU-nun Şamaxı filialında təqdim olunub

Müəllif: Bizim Yazı
1. 108 baxış

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitabın ADPU-nun Şamaxı filialında təqdimatı keçirilib.

ADPU-nun Şamaxı filialında baş tutan görüşdə universitetin müəllimi fəlsəfə doktoru Şasəddin Mikayılov qonaqları və auditoriyanı salamladıqdan sonra, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar çıxış edərək, təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.

Tədbirin aparıcısı Yusif Nazim Ərəbsoy DGTYB-nin gənc yazarların üzə çıxarılması istiqamətindəki fəaliyyətindən və dərc olunan kitab haqqında danışıb. Daha sonra ardıcıl olaraq tələbələrə söz verilib. Tələbələrdən Mənəfov Toğrul, Abbasova Fidan, Mustafayev Nəsimi, Cəbrayılova Narınc, Rəsul Mehdi, Əliyev Emil, Mamedov Nadir çıxış edərək, “Gəncliyin sözü” kitabındakı şeirlərdən səsləndiriblər. Universitetin müəllimlərindən dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminaliyev, riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov çıxış edərək, DGTYB-nin fəaliyyətini bəyəndiklərini, belə görüşlərin tez-tez keçirilməsinin tələbələrə ruh yüksəkliyi verdiyini bildiriblər. Sonda təşkilat rəhbərinin imzası ilə tələbələrə kitablar paylanılıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.