Ana səhifə BAŞ YAZI “ÇİNGİZ XANIN XƏZİNƏSİ” GÜN ÜZÜNƏ ÇIXDI

“ÇİNGİZ XANIN XƏZİNƏSİ” GÜN ÜZÜNƏ ÇIXDI

Müəllif: Bizim Yazı
855 baxış

DGTYB Məsləhət Şurasının üzvü, bir sıra maraqlı tarixi yazıların yazarı CƏLALƏDDİNin (Cəlaləddin Qəzənfər oğlu Qasımov) oxucularla ikinci kitablı görüşü “Çingiz xanın xəzinəsi” adlanır. Eyni adlı romanda çağdaş yaşamla qədim tarixin xəyali vəhdəti mistik olaylar fonunda təsvir edilib. Əsərin əsas bədii məziyyətlərindən biri də orta yüzillər Doğusunun böyük hökmdarlarının xarakterik özəlliklərinin ustalıqla qələmə alınmasıdır.


14 bölümdən oluşan, maraqlı şəkillərlə süslənmiş “Çingiz xanın xəzinəsi” kitabı “Elm və təhsil”də nəfis tərtibatla nəşr edilib.
Ehtiram İLHAM və Elman TOVUZun redaktorluğu ilə çıxan kitabın məsləhətçisi AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər ƏZİMLİdir.
Xatırladaq ki, yazarın ilk kitabı Xocalıya ədalət Uluslararası Kompaniyasına həsr edilən və iki romanın yer aldığı “27 ildən sonra”dır.

BizimYAZI.COM

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.