Kar Yağarken Pencere
dilinin ucunda ne varsa insanın
işte ben ona inandım.
yavru bir kuşun daha ilk denemesinde
tutunmaya çalışması gibi göğe
ne bulduysam abandım
ve uça uça
karasular indi kanatlarıma
Yusif Günaydın / yusif_günaydın@mail.ru
1. “Aişənin rəqsi ”
Müharibədən sonrakı illər ətraf neft mədənlərində çalışan işçilər üçün yataqxana kimi inşa edilmiş bu barakların istismar müddəti çoxdan başa çatsa da, ordan-burdan çat vermiş köhnə tiklilərdə hələ də yaşayan ailələr var. Doğrudur, inişil üzbəüzdəki barakların sakinlərini köçürüb, boş qalmış binaları sökməyə başlamışdılar. Amma sonradan nədənsə bu iş yarımçıq qaldı. Vaxtı ilə insanların yaşayış məskəni olmuş bu tikililərin bəzilərinin yalnız özülü, bəzilərinin ön ya arxa divarları qalıb indi. Çərçivəsiz qalmış pəncərə yerləri, böyrünə zir-zibil qalanmış uçuq-sökük divarlar, gözdağına çevrilib, cansıxıcı, ağır bir atmosfer doğurur.
Pəncərənin kənarında oturub xəyala dalmışdı. Xəyallar onu uzaqlara, şəhərdən dağlara aparmışdı. O əslində yaşadığı Bakının övladı deyildi. Neft qxhulu dəniz, daş karxanasına bənzər gözəl qəfəs onun yeri deyildi. O dağların qoynunda ucalan şəhərin – Şuşanın övladı idi, orada onun uşaqlığı, gəncliyi keçmişdi.
– Nənə, yatmaq istəyirəm – Ayaz nənəsini istəyir.
– Hə, qadan alım, gəlirəm.
BİR MUM DAHA SÖNDÜ ÖZGÜRLÜĞE; YANARAK VE ERİYEREK…*
Akşam kızıllığı, ayak sürüyerek çekilip gitmişti. Karanlığa sinmiş korku dolu bir endişe sarmıştı Kerkük sokaklarını…
Çalınan kapı sesi, yüreğini ağzına getirdi Zehra’nın. Hepsi aynı anda ve aynı heyecanla ayaklandılar ancak Zehra, annesinden de ablasından da hızlı davranıp kapıya koştu. Elini kapı sürgüsüne uzattığında sabahtan beri bir kurt gibi içini kemiren endişe ve korkunun dağılıp yok olduğunu, yerini garip bir sevinç ve mutluluğa bıraktığını hissetti. O kısacık an öylesine tatlı ve doyurucuydu ki, hiçbir şey düşünmeden sürgüyü çekip kapıyı açtı.
Aşabel Məmmədova
Nizami adına Ədəbiyyat institutu elmi işçi
“Onun sevgi məktubları” romanının müəllifi Qənirə Paşayevaya açıq məktub
“Aşka dair nə söyləsəm içi yanmayanlar, aşık olmayanlar anlamazslar ki” (Hz. Movlana)
Cəmiyyətimizdəki xidmətlərinin sayı- hesabı olmayan, zərif çiyinlərini türk dünyasının dərdinin, ələminin altına verməyə çəkinməyən, gözəl-göyçək Azəri qızı Qənirəyə birinci növbədə qəlbinin dərinliyində gizlətməyi bacardığı ümmanlar qədər dərin sevgisinə, bu sevgidən qəfildən cəsarətlə söz açdığı, mən deyərdim ki, “sevgi antologiyası” olacaq qədər maraqlı romanı üçün çox-çox təşəkkürlər.
Soylu Atalı
Yazıçı Rafiq Tağını susdurmaqla molla şüuru köhnəliyi sabaha daşımaq istəyir. Anlamaq olmur ki, bunun mümkünlüyünə o, öz içində inanırmı?! Axı Rafiq Tağı danışan yeganə ziyalı deyil. Orta çağların yasaq üsulunu qorumaqdansa ictimai, siyasi idarəetmədə dəyişikliklər eləmək daha doğru qanacaq olmazmı?! Burada biz İran İslam Respublikasının heç bir çərçivəyə sığmayan davranışlarını nəzərdə tuturuq. İranın Azərbaycandakı səfirliyi açıqlama verir: – “Rafiq Tağıya qarşı terroru biz deyil, Amerika təşkil edib”. Bu açıqlamada biz məsuliyyət görmürük.
toydan sonra
orkestr dayandı, soyudu zallar,
qonaqlar dağıldı mənzillərinə,
qar, keçən axşama bir layla çaldı.
vitrin işıqları, parlaq fənərlər…
və şamlar
hər kəsə istilik verir axşamlar
misilsiz işıqdan doğulan bir ruh
güzgülərdəki çimildəşmələrdə tapar özünü
Rafiq TAĞI
/Polemik/
İslamı dünyada ifşa edən, həyat tərzini dini-fantastik süjetlərlə quran, elmin az qala ancaq Quran təfsirlərindən ibarət olduğu İran adlı bir dövlət artıq bəşəriyyət üçün dözülməz olmuşdur. Bu dövlət müharibələr zibilliyi olan tarixi ilə mütəkəbbir görsənməkdə, mədəni dünyanı hədələməkdə davam edir.
YAZMAQ…
Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi.
Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. …Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq.
***
Şairlər dildən-dilə azalıb,
sonuncu adamın dilində hecalanacaqlarsa,
Uduzmayıblar deməli,
Şeiri hökumət sevməyə də bilər?
Bəs küləklər zəmiləri misra kimi düzsə.
Qoy qadınlar sevməsin şeirləri.
Özləri də bilmədən adımızı rədif kimi çağıracaqlar.
