***
Yaşanan ömürün
yüzü gözəldi
2012-i özü gözəldi.
Ünvanı dost olan
xoş arzularım –
o qədər istidi,
közü gözəldi.
Fəxrəddin Meydanlı,
əjdaha ili –
Ayağı sayalı, izi gözəldi.
F. Meydanlı
Firuzə MƏMMƏDLİ
XATİRƏ
Fransanın Strasburq şəhərində keçirilmiş və mənim də iştirakçısı olduğum
Türkcənin Uluslararası Şeir Şöləninin 8-ci ildönümündə yazdığım şeir
Dünyanın hər yerindən
Yığılıb gəlmişdilər.
Qayğıdan, məhəbbətdən
Yoğrulub gəlmişdilər.
Doğma türk dillərində
Çağrılıb gəlmişdilər.
Strasburq türk dilində
Şeir deyirdi o gün.
(www.youtube.com/watch?v=-HjeIKEuABQ)
Bu yaxınlarda ABŞ-da “TURK DUNYASI SINIRSIZ” layihəsi çərçivəsində qədim türk rəqsinə həsr olunmuş “YOLA, YOLA” musiqi albomu çıxıb. Bu layihə özlüyündəTürkdilli dövlətlərin bütövlüyü və birliyi ideyasını daşıyır. SD diskə toplanmış materiallar əsasında Tenqriliyin, Turanın və ümumiyyətlə dünya Türklərinin mədəniyyətinə aid müəyyən simvolları ehtiva edən bir video klip də əlavə olunub. Albomun realizə olunması 6 ölkədə – İsveçrə, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, ABŞ-da həyata keçirilib.
Fərəhləndirici haldır ki,bu SD albomunun prodüseri və nəğmədəki şeirlərin müəllifi – millətsevər ziyalımız, türkoloq Sevinc Bağırovadır.Dekabrın 21-də Bakıdakı Nobel evində “YOLA, YOLA” musiqi albomunun təqdimatı keçirildi.
dr. Pərvanə Məmmədli
Hər iki tayın müdrik ağsaqqalı
Bu gün bütün dünyada və Azərbaycanın hər iki tayında yaşayan Azərbaycan türklərinin adını qürurla çəkə biləcəyi və bütün dünyaya öyünclə nişan verə biləcəyi bir şəxsiyyət var. Xalqı və mötəbər ziyalılar tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu”, “Hər iki tayın müdrik ağsaqqalı”, “Əsrin azərbaycanlısı” və bu kimi adları qazanan şəxs – Cavad Heyətdir. Cavad Heyətin 2011-ci ildə 86 yaşı tamam oldu. Yaradıcılığını uzun illərdən bəri izləyib bəhrələndiyim, təbliğ və tədqiq etməyi özümə şərəfli və məsul görəv bildiyim ustadım haqda yazmaq istəyində bulunub paylaşmaq qərarına gəldim.
Edvard Staxura (1937-1979; Polşa) – Şair, nasir, tərcüməçi.
Fransada polyak emiqrant ailəsində doğulan şair, 1948-ci ildə Polşaya gəlir. Varşava Univerisitetinin roman filologiyası fakultəsini bitirir. 1969-70-ci illərdə təqaüdlə Mexikoda univerisitetdə oxüyub. Borxesin əsərlərini polyak dilinə tərcümə edir.
“Harda həqiqi şair var, orda poeziya var”-deyən Edvard Stahura bütün Polşanı qarış-qarış dolaşmışdı. “Gəzən şair” adlandırılan Staxura dünyanın yarısını gəzmişdi.
Staxuranın poeziyası xaosun poeziyasıdı. Bu mənada o əsl şairdi. Onun həm şeirlərində, həm də nəsrində dərindən hiss etdiyi yalnızlıq və qəriblik duyğusu çox aydın nəzərə çarpır.
Edvard Stahura oxuduğu mahnıların musiqisini də özü yazırdı.
O, sağ ikən əfsanəyə çevrildi.
Şair 1979-cu ilin 24 iyununda intihar edir.
Duyumuna, zövqünə heyrət etdiyim dostum Aşıq Elburus bir gün mənə Kəlbəcərin son anlarında lentə alınmış kadrları xatırlatdı. Vertolyota sarı qaçan adamların arasında əlində saz aparan bir uşağın da olduğunu dedi. Bu görüntülərə çox baxsam da, doğrusu həmin məqamı nəzərdən qaçırmışdım. Sonralar bu çəkilişə bir az da diqqətlə baxdım və həmin uşağı gördüm. Az qala özü boyda olan sazını götürüb vertolyota sarı qaçırdı. Bəlkə də bu gün bütün kəlbəcərlilərin aşıq sənətinə sadiq qalması, kəlbəcərli gənclərin bu sənəti şərəflə davam etdirməsi həmin uşağın gətirdiyi sazın hesabınadır.
Və bu şeiri bir elin sənət yolundan o uşağın qoparıb gətirdiyi izi yeni bir yola çevirən, Şəmşir ocağının közünü yenidən şölələndirən kəlbəcərli gənc aşıqlara ithaf edirəm:
Yazarlarımız hansı peşənin sahibidirlər? Ümumiyyətlə, yarqdıcılıqla yanaşı, hansısa sahədə çalışırlarmı? Yaxud hansısa peşəni onlara həvalə etsələr, öhdəsindən gələ bilərlərmi? Dönüb geriyə – tarixə nəzər salsaq, görərik ki, elə dahilərimiz var ki, yaradıcılıqla yanaşı, başqa sahənin də aparıcısı olublar. Klassiklərimiz – Şah İsmayıl Xətainin ölkə başçısı olması, Abbasqulu Ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun çar Rusiyasının Qafqazdakı canişinliyindəki qulluqçuları, dilmancları olması, Mirzə Ələkbər Sabirin, müasir dillə desək, sabun biznesi ilə məşğul olması heç də yaradıcılıqlarına mane olmayıb. Yazıb-yaradıb, seviliblər, təbliğ və eyni zamanda, təhdid olunublar. Rus ədəbiyyatının tanınmış simaları olan A. S. Puşkinin, Dostoyevskinin, Çexovun və digərlərinin də ədəbi yaradıcılıqla yanaşı, digər peşələrlə məşğul olduqları məlumdur.
Bəs görəsən, bizim bugünkü yazarlarımız hansı sahədə özlərini sınaya və təsdiq edə bilərlər? Nisbətən gənc və orta nəsil yazarlarımıza üz tutduq.
Aliq Nağıoğlu
Bu il Yeni Zelandiyada yaşayan oğlu uzun ayrılıqdan sonra kəndə gəlmişdi. Ər- arvad nə qədər əlləşdilərsə, evlənməyə boyun qoymadı. Oğlu: “Saxlayaq gələn səfərə, dədə. Nə işləriniz var, görün, pula qızırğanmayın”, – dedi. İlk əvvəl də odundan başlamışdılar. Qonşu dağ rayonundan iki ”Ural” maşını doğranmış odun sifariş vermişdilər. Sonra da tövlənin tinindən yeni təndirxana tikmişdilər. Bir müddət yayın qızmar istisinin altında qalan odun parçalarını ora daşıyıb səliqə- sahmanla yığdırmışdılar.
