Ana səhifə BAŞ YAZI Kazıbek Şaxanov

Kazıbek Şaxanov

Müəllif: Bizim Yazı
358 baxış

toydan sonra

orkestr dayandı, soyudu zallar,
qonaqlar dağıldı mənzillərinə,
qar, keçən axşama bir layla çaldı.
vitrin işıqları, parlaq fənərlər…
və şamlar
hər kəsə istilik verir axşamlar
misilsiz işıqdan doğulan bir ruh
güzgülərdəki çimildəşmələrdə tapar özünü
zülmətin sabaha uzantısında
tale işıltısında
yolundan dönməz
qapı-qapı dilənməz
və iman gətirər hər birisinə…
qapı çərçivəsini
əriyən zolaq tək
zülmətdən qapar,
və qar, hər yanda qar
kəsilən pıçıltılar
kiminsə unudulan səsi
saralmış kitab səhifəsi
səhifələr arasınadakı tük
yazılar üstündə mum izi
tiraj, ölkə, cild növü, illüstraror, redaktor
və kiçik tərcümeyi- hal.

***
siz, ey mənim qiymətini almamış türklərim
sizi kimsə rahatsız etməz
toz basmış kitab rəflərində
yaşayın sakitcə.
artıq efirin canlı yayımıyla dolmuş
otaq sükutunun baxışları
divar sədlərini görməyəcək.
o sizə gəlməyəcək
nə ayaqla, nə əllə
nə baxışla, nə əmrlə,
o sizin hər şeyinizdir.
axı sizə necə deyim…
anama necə söyləyim….
oğlun xəstədir, “əlacı qovulmaqdır”
indi o yaddır,
dünyanı sərgərdan dolaşmalıdır
və diri ataların varlığında
zatsız vəhşidir sanki.

***
şümal nəmli bir liman və asiman
tünd mavi parıltılı
polad rəngində əlbissənin
cırığından boylanan sürüşkən bir disk
və sakitliyə uzun bir baxış…
zümzüməsini dinləyirəm
suyun və qumun
tənta qağayının dediyi sağlıq
nə onlar, nə bunlar ilk sevgidən nigahadək
kimsədən məsləhət gözləməz…
gözdən itməyə hazır
badamı yarpaqların parıltısı
boz-yaşıl pıçıltı ardında gümüş
Skarlatti gəlir və Bartolli yamşayıl paltarda
gizlin gümüşlənir yatan sikkələr
dəniz sahillərin alır ağlını
çimərkən ağuşun dairəsində.

Çevirmə: Elxan Zal

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.