/Əfsanə Teyyub qızı Əliyeva
(10.12.1987)
Laçın rayonunda doğulub.
Bakıdakı 210 saylı orta məktəbi bitirib.
Ali təhsilini Azərbaycan Müəllimlər İnistitutunda alıb.
Uşaq hekayə və nağılları, şeirlər yazır.
“Bir damcı ürək” adlı kitabı işıq üzü görüb./
/Əfsanə Teyyub qızı Əliyeva
(10.12.1987)
Laçın rayonunda doğulub.
Bakıdakı 210 saylı orta məktəbi bitirib.
Ali təhsilini Azərbaycan Müəllimlər İnistitutunda alıb.
Uşaq hekayə və nağılları, şeirlər yazır.
“Bir damcı ürək” adlı kitabı işıq üzü görüb./
/22 avqust 1987-ci ildə Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur/
DAHA
Qabaq bölüşərdik sevinci, qəmi
Bu isə… qismətdi, bölünməz daha.
Get, indi ünvansız baxışın kimi,
Getdiyin ünvanın bilinməz daha.
Gözlərim dünya tək boşaldı-doldu,
Gözümdə dünyanın rəngləri soldu.
Əllərim sıxıldı bir yumruq oldu,
Ovcumda əl izin görünməz daha.
/Göyçayda doğulub (1988). Bakı Asiya Universitetinin məzunudur. Hazırda “Səs” qəzetində çalışır/
Aglama, qurbanın olum
Nədir qussə, nədir qəmin
Dəryadamı batib gəmin?
Kədərdi, dərddi görkəmin,
Ağlama, qurbanın olum.
Yaman günün ömrü azdı,
Qışdan sonra gələn yazdi.
Gözəlinki işvə, nazdı,
Ağlama, qurbanın olum.
Elif Şafak ve son romanında her sayfası birbirinden değişik olaylarla hikâye örgüsüne sahip ‘İskender’
Yine Elif Şafak, yine Elif Şafak!
Elif Şafak’ın bu son romanından önce yayınladığı ‘Firarperest’ hikâye kitabını da okudum. Açıkçası söylemem gerekirse hiç zevk almadım, bu hikâye kitabını Ağustos ayının ortalarında okurken. Okurken adeta işkence çektim. Ama elime aldığım bir kitabı bitirmek gibi bir kaidem olduğu için, daha doğrusu sadece okumuş olduğumu bilmek adına zorlanarak tamamladım. Yani Elif Şafak her zaman iyi şeyler yazmıyor dersem, dudaklarınızda tebessümle kaşlarınızın arasında kızgınlık ifadesi olan kaşların çatılması gibi karışık hâllere gireceksiniz. Mahrem ve Araf’ta konu çekici olmasa da söz konusu bir olayın olması ilgi çekici sayılabilirdi ama Firarperest’i okurken hiç zevk almadım dersem yeridir.
Azər Həsrət
Lap uşaqlıqdan özümü kitab oxumağa elə alışdırmışam ki, indi də oxumayanda nəyimsə çatışmır. Çağdaş ilətişim texnologiyalarının yaşamımızı işğal etdiyi bir dönəmdə kitab oxumaq, özəlliklə də bədii ədəbiyyat oxumaq bəzən mümkünsüz olur. Ancaq buna baxmayaraq əlimə düşən kiçik fürsətlərdə belə bir neçə səhifə də olsa oxumağa çalışıram.
Bədii ədəbiyyat oxumaqdan xüsusi zövq alıram. Uzun müddət ac qalmış insan önünə gələn ləzzətli yeməkləri necə iştahla yeyirsə, mən də əlimə keçən fürsətdən istifadə edib çoxdan oxumaq istədiyim bir kitabı o cür iştahla oxuyuram. Oxuduqca zənginləşirəm, yeni şeylər öyrənirəm və özümə inamım artır. Həm də söz ehtiyatım, yazı imkanlarım genişlənir.
Namiq HACIHEYDƏRLİ
SƏNİ NECƏ UNUDUM?!
Nə yatmaq var, nə dincəlmək, gözlər açıq sübhə qədər,
Yol bu dərdi daşımaqdı, başqa yol axtarmaq hədər…
…Dağlar qədər səbirliyəm, qoşun-qoşun gəlsin kədər,
Cahana bənzər ürəyim; al günəşim, ağ buludum…
Səni necə unudum?!
Fəxri MÜSLÜM
Çok uzaklardan geliyoruz
Çok uzaklardan…
Kulaklarımızda hala
Şimşekli sesi var sapan taşlarının.
Ormanlarda yabanı aygırlar kişneyen dağ başlarının
Kanlı hayvan kemikleriyle çevrilen sınırları
geldiyimiz yolun ucudur…
N.Hikmet
Adil Mirseyid öz yaradıcılığı (materiyası və ruhu) çevrəsində elə bir izə malikdi ki, bu çevrənin əhatə dairəsi neçə yüzillikləri, minillikləri özündə ehtva edir. Və düşünürəm ki, nəinki mən, hətta onun yaradıcılığına bələd olan çoxsaylı oxucu kütləsi də Adilin bu günün çərçivəsindən çox-çox uzaqlarda, həm keçmişin, həm də gələcəyin qovşağında bir məğrib ulduzu kimi əbədi parladığını görə bilərik.
Qurbanəli Ömər
O gün baharın yeddinci günü idi. Akademik Milli Dram Teatrın səhnəsində Viktor Hüqonun ölməz sənət əsəri – “Kvazimoda” səhnələşdirilmişdi. İkinci mərtəbədə lojada oturmuş gənc adam sol əlini bir qədər tük basmış üzünə söykəyib, diqqətlə tamaşanı izləyirdi. O, ilk dəfə idi ki, teatrda olurdu və bura yaxın dostu- iblis rolunun mahir ifaçısının dəvətiylə gəlmişdi. Özü də tək deyildi, xalası qızı rəfiqəsiylə ondan cəmi iki stul aralıda əyləşmişdi. İstəsəydi birlikdə də tamaşanı izləyə bilərdilər. Ancaq nədənsə həyatda çox söhbətçil olan bu cavan oğlan bu dəfə heç danışmaq fikrində deyildi. Deyəsən tamaşa ona çox təsir etmişdi. Bəlkə də özünü tapmışdı bu obrazların arasında. Hərdən telefonun “bulutuz”unu açıq saxlayıb əllərində tutan gənclər fikrini bir qədər yayındırsa da onlara fikir vermir, nəzərini səhnədən çəkmək istəmirdi.
