Fərid Təbrizə şeir müsabiqəsinə getmişdi. Mən qəti əminəm ki, o, bu müsabiqəyə hazırlaşdığı günlərin birində mütləq Təbrizi yuxusunda görüb, bəlkə də dediyi şeiri də yuxudan ayılanda öz qulaqlarında səslənib. Amma ağlına da gələ bilməzdi ki, canı qədər sevdiyi, həsrətində olduğu Təbrizdə şərin, böhtanın girdabına düşəcək. Bugünkü vəziyyətdə Fəridin yaradıcılığının məna axarında əsil həqiqətin qiymətini verməyə çalışdım. Onun fikrincə həqiqət nədir? Həyati reallıqlar və reallığın qiymətləndirilməsində ədalətli ölçülərlə çalışmaq. Fərid deyir ki, qəbul etmədiyimiz həqiqətlər bizim etirazımızdırmı? Bu gün istəsək də, istəməsək də bu acı reallıq Bakı-Təbriz məsafəsində, həqiqət və böhtan ölçüsündə Fəridi bizdən ayırır.
YAZILAR
Rahid Ulusel
Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru, professor*
Genezis. Arxaikadan sivilizasiyaya keçid o zaman baş verir ki, “təbiət yaradıcılığı”ndakı mükəmməllik insanın yaradıcılıq aktlarına əvvəlcə stixiya halında, sonra isə daha məntiqi axarla proyeksiya olunaraq onu cilalayır və bu proses varlığın ilahi harmoniyasının dərkinə, onun daha kamil formada əks etdirilməsinin dürlü variantlarının tapılmasına doğru dərinləşir. “Ustad təbiət” ustad insanı yetişdirir. Ustad insan Klassikanı yaradır. Antik çağda insan yaradıcılığı klassik kamilliyinə çatır. Klassika öz gələnəyini, meyarlarını, dəyərlər sistemini, universalilərini, məktəblərini yaradır.
BARAT VÜSAL
ÜNVAN
Allahı tək türkdənəm,
Varlığı haq türkdənəm.
Dərbənddən,Borçalıdan,
Təbrizdən, Kərkükdənəm.
(1989-cu ildə Bakı şəhərində doğulub.
Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin məzunudur.)
DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB
Dastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Karol Voytıla –
mərhum Roma Papası II İohan Pavel – filosof, dilçi, aktyor, dramaturq və müəllim olmaqla bərabər, həm də bir polyak şairi idi.
Onun şeirlərindən örnəkləri şair-çevirmən Rəfail Tağızadənin təqdimatında BizimYAZİ oxucularının diqqətinə sunuruq:



