Qalib ŞƏFAHƏT
ÇIXDIM
Alovlandım, alovlandım,
Tüstü olub göyə çıxdım.
Yerdə qoydum adamları,
Allahı görməyə çıxdım.
Keçdim buludun içindən,
Odun, alovun içindən.
Qohumun, yadın içindən
Hamıya köməyə çıxdım.
Afaq ŞIXLI
(Güləndam İsaxanlıya həsr edirəm)
Qış uzunu yayı arzulasaq da, istilər düşən kimi sərin bir yer axtarırıq ki dincəlməyə gedək.
Belə vaxtlarda Xəzərimizin sahilləri boyu yerləşən bağlardan, istirahət evlərindən gözəl nə ola bilər?!
Düzdür, dünyada gəzməli, görməli yerlər çoxdur, amma inandırıram ki, doğma vətənimdə aldığım ləzzəti mən heç yerdə ala bilmirəm. Axı, özgə harada hava belə yumşaq, külək belə isti və eyni zamanda ruhu oxşayacaq qədər sərin, dənizin səsi isə sevimli bir musiqi qədər xoş ola bilər? Harada insan özünü bu qədər doğma və rahat hiss edə bilər? Əlbəttə ki, öz vətənində.
“…Əsilzadələrimizdən biri çuxada, buxara papaq başında, şəhərdə, adlı bir restorana girir. Bunu heç saya sayası olmurlar. Axır-axırda çay gətizdirə bilir. İşlənməkdən şiri çat-çat olan qırıq zirili (nəlbəkiyə bəzi yerlərdə bölüm, bölmə də deyirlər) stəkanda çay verirlər.
Bunu görən və bayaqdan bəri onların elədiklərini yığan bəy qulluqçuya bir yüzlük (5 manata erkək düşən vaxtı) verib iki kərpic, bir də içi su dolu çaynik gətizdirir. Gətirtdiklərini stolun üstündə rahatlayandan sonra cibindən bir ucdan yüzlük çıxardıb çaynikin altında yandırır ki, siz əməlli çay verə bilmirsiniz, özüm qaynadacağam.
Ətrafda “doğra duran” adamların gözü qarşısında təzədən restoranın böyüyü filan bəyin əl-ayağına düşürlər ki, sən Allah, bizi bağışla, oldu-keçdi…
“Keçmiş gələcək” kitabından
Aliq Nağıoğlu
O, otaqda təkcə oturmuşdu, yorgun idi, kefi yox idi. Kiçik stol kitablarla, köhnə qəzet-jurnallarla qalaqlanmışdı. Xeyli öncə süzülmüş çay soyuyub buza dönmüşdü. Otaq kiçik olsa da, o üşüyürdü. Hər halda qış idi, baxmayaraq bu ilki havalar mülayim keçirdi. İndi divana çöküb fikirləşirdi ki, yatmaq lazımdır, çünki yatsaydı, dincələrdi, çox yəqin kefi də qalxardı. Bütün gecəni yuxusuz keçirmişdi, zavodda məsul növbətçi idi. Həmişə ayaq üstə olmuşdu: ora qaç, onu çağırtdır, özü də birinci kərə olduğundan lap əldən düşmüşdü.Tərslikdən yuxusu da gəlmirdi, yorulmuşdu, ancaq yatmaq istəmirdi.
“BizimYAZI” dün 80 yaşında Ankarada həyata gözlərini yuman ustad Abdurrahim Karakoçun ünlü “Mihriban” şeirini orijinal halı ilə oxuculara təqdim edir:
Yar deyince kalem elden düşüyor
Gözlerim görmüyor aklım şaşıyor
Lambada titreyen alev üşüyor
Aşk kağıda yazılmıyor Mihriban
“YUSİF VƏ ESFİR”
Bəni-İsrail Yusiflə arvadı Esfir gözəl, səfalı düzənliklə sakit-sakit axan, suyu gün işığında almaz kimi parlayan bir çayın sahilində balaca, səliqəli evlərində yaşayırdılar. Onların həyatı da həmin o çay kimi sakitcə axıb gedirdi.
Qırx il idi ki, Yusif Allaha ibadət edirdi. Daşa Girən Kahin İbrahim demişdi ki, kim qırx il hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç xahişini yerinə yetirər. Yusif bir gün də ibadətinin vaxtını keçirmirdi. Xoşqılıq, həvəsli bir qadın olan Esfir həyətlərində toyuq-cücə, qaz saxlayır, bütün günü həvəslə ev-eşiklə məşğul olur, Yusifin çaydan tutduğu balıqlardan ləzzətli xörəklər bişirirdi və sütunlarına sarmaşıqlar sarmaşmış eyvanda əyləşib rahatca nahar eləyirdilər. Sonra Yusif ibadətə başlayır, Esfir isə axşam çayda çimməyə gələn gənclərə tamaşa etməyə gedirdi.
Nofəl ƏDALƏT
VİRTUAL
Hər gün asılıram bu hörümçək torundan.
sən hardasa düşərsən bu tora deyə.
Saat əqrəbləri kimi qovaram zamanı,
Gəlişini gözləyə gözləyə.
İllərimin o üzündə ömür ağırlığım,
Bu üzündə gözüm yollarda qalıb.
Sən hardasa məndən xəbərsiz,
Dərsinin, işini ardında.
Gələcək xəyallarının yanında.
Mənsə qapanıb bu virtuallığa,
Sinirəm öz içimə.
Təranə HACILI (RƏHİMLİ)
Hava təzəcə qaralmışdı. Həyət-bacada sakitlik idi. Nənəm hinə boylanıb toyuq-cücəni yoxladı, hamısının tarda büzüşüb yatdığını görüncə hinin qapısını bağladı. Sürahidən tutub həmişəki kimi ehmallı addımlarla ikimərtəbəli evin artırmasına qalxan pilləkənlə yuxarı çıxırdı ki, həyət qapısı açıldı. (Darvazanı bağlamağı unutduğu da indi yadına düşdü.) Darvaza önündə qonşu Rüxsarə göründü. O, “bəri gəl, buradır” deyə həyətə dəvət etdiyi yaşlı qadınla alaqapıdan içəri keçdi. Nənəm bu vaxtsız qonaqların gəlişinə təəccüblənsə də bunu biruzə vermədi. Rüxsarə üzbəüz qonşusu idi, darvazaları lap bir-birinə baxırdı. Lakin qonum-qonşu ilə get-gəl eləməzdi, nadir hallarda kiminsə qapısını açardı.
