ELNUR (Elnur Əbülfəz oğlu Quliyev) – Naxçıvan şəhərində doğulub. NDU-nun məzunudur. Əsasən hərbi-vətənpərvərlik ruhunda şeirlər yazır.
Vətənə keşik çəkirik
Silah tutub əlimizdə,
Birləşərək elimizdə.
Zəfər marşı dilimizdə,
Vətənə keşik çəkirik.
ELNUR (Elnur Əbülfəz oğlu Quliyev) – Naxçıvan şəhərində doğulub. NDU-nun məzunudur. Əsasən hərbi-vətənpərvərlik ruhunda şeirlər yazır.
Vətənə keşik çəkirik
Silah tutub əlimizdə,
Birləşərək elimizdə.
Zəfər marşı dilimizdə,
Vətənə keşik çəkirik.
DƏNİZ,
QOYNUNA AL MƏNİ
Hicran qonağımdır mənim,
Alovludur könül qəmim.
Batmaqdadır sevgi gəmim,
Dəniz, qoynuna al məni.
Qadın
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən,
Bu darısqal dünyanı
geniş edə bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla…
Bütün şeirlərimin mənasın dəyişərsən.
Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm…
Ruhən mənimsən, qadın!
Mənsə əsirinmişəm.
Divanə Ozan Təklə (Ağayar Xələf oglu) – müstəqil yazıçı
“Sağalmaq sağalmamaq tərəfdədi” silsiləsindən
İçəridəki göy gurultusuna ithaf edirəm
(Gənc yazar Cavidanın mətbuatda getmiş “Özümü nəsrdə daha yaxşı sevirəm” sərlövhəli müsahibəsi üzərinə)
Külli kainata – orada, içəridə önəmli və önəmsiz, məsafə və məsafəsizliklərə çəkili və çəkisiz hər şey təsir edir. Ən pisi budur? Bəlkə ən yaxşısı budur. Bilmirım, heç nə bilmirəm. Qəmgin görünmək kədərli görünmək deyil. Yoldan ötən (ədəbi) yuxuya gedib yoxsa? Səssiz-səmirsiz yoxa çıxmaq suya girməkdi. Həmişə bu haqda (nəsr haqda) düşünmək cansız müqəvvalar haqda düşünə-düşünə yaşamaqdı. Bədbəxtlik nə vaxt baş verəcək? Yəqin iş-işdən keçəndən sonra. Sadəlövh ruha sahib olub xoşbəxt olanlar da var. Kilidlənmiş qapılardan içəridə (yazıçının içərisində) izdiham var.
GAZETE KENARINA YAZILAN YAZILAR
Gözü açık olanların hepsinin gördüğünü sanma.Yürüyenlerin hepsinin de canlı olduğunu düşünme, “ölüm sadece mezarda yatmak değildir kuzum” derdi.
* * *
Ahmak delirse kaybedeceği birşeyi yok, akıllı delirirse o kötü.
Şirinxanım KƏRIMBƏYLI (ŞADİMAN)
Çox düşündüm izzətli, hörmətli, sevgili Təbrizim açıq məktubumu sənə yetirim, ya yox? Belə qərara gəldim ki, yetirsəm yaxşıdır. Məktubdan qopan harayım qulağına yetişəndə bəlkə sənə hökmranlıq edən güc adamları da insafa gələ və bizim, həm də sənin də əzizin olan iki gənc şairimizi Fəridimizi və Şəhriyarımızı bizə qaytaralar. Axı İslami dəyərlərlə oturub-duran başbilənlər gənc balalarımıza qıyıb onları zindan küncünə atmamalıdırlar. Vallah mən Bakı sən Təbrizə ərz edirəm ki, bu gənclərin heç bir günahı-zadı yoxdur. Bu günah deyilən şeyi sənin molla ağaların özlərindən uydurublar, necə deyərlər icad ediblər. Onlara deyinən ki a …icad etməyə başqa bir mətləb yoxmu?!
Tural İRFAN. Yeni şeirlər
Ulu qarğış
Sönməyən odun, sınmayan ordun,
Sənin tək yurdu sevməyən ölsün
Azərbaycan!
bu uca qədrini bilməyən ölsün,
Qarabağ dərdini bölməyən ölsün
Azərbaycan!
…Sənə canını verməyən ölsün,
ölsən, səninlə ölməyən ölsün
Azərbaycan!
İstedadlı gənc yazar Zərdüşt Şəfizadə dünən həyata vəda etdi… O, üzvü olduğu sosial paylaşım şəbəkəsində özünü belə tanıdırdı: “1986-cı ildə (özümdən asılı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu,yüküm ağırdı!
Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı- bir tək onu tanıyıram, bu dünyada qalan hər kəs və hər nəsnə şərtidi.
Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm.
…
“Başqa adamlar” adlı bir hekayələr kitabının müəllifiyəm (2011)“.
