DEBÜT:

Müəllif: Bizim Yazı
427 baxış

ELNUR (Elnur Əbülfəz oğlu Quliyev) – Naxçıvan şəhərində doğulub. NDU-nun məzunudur. Əsasən hərbi-vətənpərvərlik ruhunda şeirlər yazır.

Vətənə keşik çəkirik

Silah tutub əlimizdə,
Birləşərək elimizdə.
Zəfər marşı dilimizdə,
Vətənə keşik çəkirik.

 

Sərhədçiyik yurda dayaq,
Gecə-gündüz daim oyaq.
Azərbaycan oğluyuq, bax,
Vətənə keşik çəkirik.

İlahidən güc alaraq,
Yağlılardan öc alaraq.
Yüksəklərə ucalaraq,
Vətənə keşik çəkirik!

Biz Vətən sərhəddini qoruyan igidlərik!

Sərhədimiz daima qorunur sayəmizdə,
Biz vətən sərhəddini qoruyan igidlərik.
Yurda sevgi hissi var vuran ürəyimizdə,
Biz vətən sərhəddini qoruyan igidlərik.

Sərhəd toxunulmayan qürur mənbəyimizdir,
Onun hər bir qarışı müqəddəsdir, əzizdir.
Sərhədin yarısı da mavi gözlü dənizdir,
Biz vətən sərhəddini qoruyan igidlərik.

Fəxr edirik hər zaman şərəfli peşəmizlə,
Tarixə örnək olan şanlı keçmişimizlə.
İrəliyə gedirik xidməti işimizlə,
Biz vətən sərhəddini qoruyan igidlərik.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.