Göy üzündə Ay işığı,
İşığında mələklər,
Yelpikləyir ulduzları
Qanadları yorulunca,
Süzür, üzür göy üzünü,
Lələyiylə, əliylə
Çimizdirir yer üzünü.
YAZILAR
Elman TOVUZ
Bu yaxınlarda şair-rəssam Məmməd Dəmirçioğlunun “feysbuk səhifəsi”ndə bir şəkil gördüm. – Balaca İlqar Məmmədlinin şəkli… İki sayğın şairin: Məmməd İlqarla Məmməd Dəmirçioğlunun ortaq nəvəsi İlqarın!.. Ürəyimdən bir-iki bənd yazmaq keçdi. – Bu balaca şeiri balaca İlqar Məmmədə ad etdim:
Afaq ŞIXLI
Yəqin ki, şeir yazmaq insanı öz, özgü olmağa alışdırır zamanla. Və yəqin o səbəbdəndir ki, düşündüklərimi, ürəyimdən keçənləri, susa bilmədiklərimi bir məqalə və ya hekayə kimi yazdığım hallar az olur. Onlar adətən misralara süzülür və şeirə çevrilirlər. Lakin elə sözlər var ki, onları beləcə sətir-sətir incələmək və bölüşmək istəyir insan…
Bu yazının adını nə qoyacağımı düşündüyümdə, uzun illər öncə Gənclik jurnalında işləyən rəhmətlik Hüseyn Əfəndinin yazdığı bir məqalə yadıma düşdü və bu ürək sözlərimə həmin məqalənin adını qoymağı qərara aldım.
Bir gənc yazarın “status”u ilə başlayan rektor-tənqidçi qalmaqalı… – Öz sözləri ilə
“Kamal Abdulla ruslar demişkən, “vtoriçnı” yazıçıdır…”
“Bütün Bakı Slavyan Universiteti mənə qarşı xaç yürüşünə çıxıb, müqəddəs müharibə elan edib”
Əsəd Cahangirin “Kaspi” qəzetinə verdiyi müsahibə:
– Əsəd bəy, sizin yazılarınızı qiymətləndirənlərlə yanaşı bəzi yazılarınızdan narazı qalanlar da olur. Deyirlər ki, yazçılara münasibətdə fikrinizi dəyişirsiniz. Bu deyilənlərlə razısınızmı?
– Tənqidçi fikirini daşa-divara yox, yazıçılara münasibətdə dəyişməlidir də, burda təəccüblü nə var ki?
Meyxoş ABDULLAH
(dedektiv hekayə)
1580-ci il… Çiskinli payız günlərindən biri… gündüzün gecəylə qovuşan şərqarışan vaxtı…
Gecə öz qaranlıq pərdəsini göy qübbəsindən yavaş-yavaş yer üzünə endirirdi. Asimanla yer arasında lal bir sükut hökm sürürdü. Müdhiş sükutu ara-sıra səhra bayquşunun yarğanda əks-səda doğuran ulartısı pozurdu… Sonra yenidən ölü sükunət başlayırdı…
Könül NƏHMƏTOVA
elmi işçi, filologiya üzrə fəlsəfə doktoru
/AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu
ÖZƏT
Hüseyn Cavidin “Peyğəmbər” pyesi başlanğıc remarkasın -dan etibarən tarixi gerçəkləri əks etdirir. Dram “Bisət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” adlanan dörd pərdəyə bölünmüşdür ki, bu da Məhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəsul kimi seçilməsi anından başlayaraq İslamın qələbə çalması, yayılması və genişlənməsi dövrünə qədərki mərhələlərini əhatə edir. Əsər tarixi faktlarla zəngindir, gerçəkləri ehtiva edir, həmçinin şair tərəfindən tarixi vəsiqələrə obyektiv münasibət gözlənilməklə bərabər mövzuya təəssübkeşliklə yanaşılmışdır.
Esmira FUAD (Şükürova) – AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Bizim nəsil onu istedadlı yazıçı, fərdi üsluba malik sənətkar kimi sevirdi… Ölümün-dən bir neçə il öncə-Milli Məclisin iclaslarından birində etdiyi çıxışında o dövr üçün böyük cəsarətlə söylənmiş, sonralarsa, sanki ümumişlək ata sözünə çevrilmiş “Allah bizi sapı özümüzdən olan baltalardan qorusun” fikri-ittihamı isə hər bir Azərbaycan türkü kimi mənim də ürəyimdən xəbər verdi və…
(Elçin İsgəndərzadənin “Qürbət hücrəsində” kitabına yazılmış “önzöz”ü “BizimYAZI” oxucusuna sunuruq:)
Ədəbiyyata xidmətin çoxsaylı yolları mövcuddu: kimi bədii sözü yaradır, kimi bədii sözu araşdırır, kimi bədii sözu sadiq oxucu kimi yaşadır, kimi bədii sözü mətn kimi o
rtaya çıxarır… Bütün bunların hamısını eyni vaxtda görməyə çalışanlar azdı, amma var. Onlardan biri də şair, nasir, tərcüməçi, araşdırıcı, təbliğatçı, imkanı daxilində xeyriyyəçi, dünyanın müxtəlif məkanlarında yaranan bədii söz arasına körpü salmağa çalışan Elçin İsgəndərzadədi.


