Rafiq ODAY
OLMAZ
Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!
Rafiq ODAY
OLMAZ
Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!
Yusif Alıyev, fəlsəfə doktoru
“Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam” – bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun dahiləridir. Yəni xalq üçün doğulan, lakin bəşəriyyət üçün yaşayan, iz buraxan dühalar xalqı tanıdıb.
Esmira Fuad (Şükürova)
Filologiya üzrə fəlsəfə doktoru
Çağdaş Güney poeziyasının və nəsrinin görkəmli nümayəndəsi, elmi ictimaiyyət tərəfindən tədqiqatları təqdir olunan Əli Daşqın (Hüseynzadə) 1955-ci il martın 10-da Təbrizin 80 kilometrliyində yerləşən Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində, dindar bir ailədə anadan olmuşdur. Atası Hacı Həsən Azərbaycan folklorunu gözəl bilən, kənd camaatı arasında böyük nüfuza malik bir insan idi.
ELÇİN – 70
Əkbər QOŞALI
Özünə təxəllüs götürməmiş, əsərlərini yalnız adı ilə imzalayan azsaylı yazarlarımızdan biri də ELÇİNdir. (Özü də, yanılmıramsa, bu adın ilk sahibi odur!) Amma mənim ağlım kəsəndən onu adlı-sanı gördüm, ədəbiyyatımızın ağsaqqallarından, başbilənlərindən biri bildim…
(5 may… – Əhməd Cavadın doğum günü…)
…”Çırpınırdın, Qara Dəniz” oxuyur Novruz bəy. Başımı ovuclayıb bu ifanı dinləyirəm. Yox, dinləmirəm, içirəm…
…Bu sözləri, bu səsi… ruhum dərman niyyətinə içir udum-udum… hiss elədiyimmi? acizlik!
…Bütün gün Əhməd Cavadı düşünmüşəm. Düşünə-düşünə də “bu, hardan gəlib ağlıma”deyə sual vermişəm öz-özümə. Mən Əhməd Cavadı düşünməyəli çox olub. İndi düşünürəm onu niyə unutduğumu…
Əslində atamın çap olunmamış bir şeyi qalmamışdı. Özü də deyirdi ki, mən öləndən sonra sənə ağırlıq düşməyəcək. Nə var hamısını kitablara salmışam. Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını təhvil vermişdi. Lakin bəzi çap olunmayan əlyazmalar fikrimi cəlb etdi. Onları ictimaiyyətin nəzərinə təqdim etməyi qərara aldım, təkcə Xalq şairi Nəriman Həsənzadəylə 30 sentyabr 1988-ci ildə yazışmasından başqa. Məqamı gələndə bunu da çap etdirəcəyəm. Əsl sənətkarların necə kövrək olduğuna Sizin də tanıqlıq etməyiniz üçün…
Əsəd CAHANGİR
Xalq artsiti Kamal Xudaverdiyevin ölümü və ölməzliyinə
Proloq
Tanınmış teatr və kino aktyoru, Xalq artisti Kamal Xudaverdiyev beş il öncə – 2008-ci il aprelin 23-də haqqın rəhmətinə qovuşdu. Ürəklə yaşayan bütün adamlar kimi Kamal müəllimin də ölümü ürəyindən oldu.
ANAR, Xalq yazıçısı
Azərbaycan Cümhuriyyətinin böyük ideoloqu Məmməd Əmin Rəsulzadə, onun siyasi və mənəvi davamçısı Mirzəbala Məmmədzadə dəfələrlə qeyd ediblər ki, milli istiqlaliyyətimizin kökləri ədəbiyyatımızla bağlıdır. Doğrudan da XIX əsrin ikinci yarısında və XX əsrin başlanğıcında Mirzə Fətəlinin, Zərdabinin, Sabirin, Mirzə Cəlilin və “Mollanəsrəddin“çilərin, Əlibəy Hüseynzadənin və Əhməl bəy Ağaoğlunun ədəbi, publisist fəaliyyəti Azərbaycan müstəqilliyinin təməl prinsiplərini müəyyənləşdirdi.
HƏRF-HƏRF DOĞULAN SÖYÜŞ
Qardaşbala məhləmizin fəxri idi. Nə qədər ki, o var idi biz nə polisə, nə də hər hansı bir başqa “qoruma”ya ehtiyac duyurduq. Sadə adamlarım “uçastkovı” dediyi, bir yazar dostumun “alan baxıcısı” dediyi sahə müvəkkilimiz də əmin-arxayın idi buralardan… Hamı ondan qorxurdu – Qardaşbaladan. Kimin haqqı nə idi ki, biz tərəfə əyri-əyri baxa..? – Qardaşbala doğulduğuna peşman edərdi onu.
