Ana səhifə YAZILAR Qəlbindən üzr istəyən şair: SƏDAT GÜNAY

Qəlbindən üzr istəyən şair: SƏDAT GÜNAY

Müəllif: Bizim Yazı
1. 022 baxış

Sedat Guney
Sədat Günay – 
1960-cı ildə Sələndi (Manisa-Türkiyə) doğulub. İxtisasca müəllimdir. Hazırda Salihlidə Feyzi Lütfi Karaosmanoğlu adına orta məktəbdə direktor vəzifəsində çalışır.
Qanı, canı ilə Vətəninə bağlı, ürəyi sevgi, işıq dolu bir insandır.
Gözəl şeirlərin yazarıdır o. S.Güneyin “Könül çeşməsindən damlalar”, “Sevda çeşməsi”, “Ürəyimdəki yanğı”, “Ümid çiçəkləri solmasın” və başqa şeir kitabları sevilə-sevilə oxunur. Onun iyirmiyə yaxın şeirinə mahnı bəstələnib.
Şairin bir neçə şeirini sizlərə ərmağan edirəm.

N.GÜLTAC

SƏNDƏN ÜZR İSTƏYİRƏM, QƏLBİM

Ah! Qəlbim, ah!
Bir çox insanları
qonaq etdim sənə.,yar deyə.
Sən heç səs çıxarmadın,
bəlkə bir bildiyi var deyə.
Səndən üzr istəyirəm , qəlbim.
Acı çəkdin,mənim üzümdən..

Saflıq və ağılsızlıq edib,
sənə tikan bağışladım.
Bəzi insanları bilə- bilə,
dost etmək istədim.,sənə.
Səni çox incitdim,
bir vəfasıza könül ver, deyə.
Səndən üzr istəyirəm, qəlbim,
Acı çəkdin, mənim üzümdən.

Aldandım gözəl saça, qaşa – gözə,
Həmən qaçdım şirin sözə,
Bir təbəssümə, qəmzəli üzə.
Daha dinləmə məni.
Yoruldum, kor yoxuşlarda.
Çıxart artıq məni düzə.
Səndən üzr istəyirəm, qəlbim.
Acı çəkdin, mənim üzümdən.

Usandın sevdalarımdan, eşqimdən.
Yaşadığım ayrılıqdan,hüznlərdən.
Söz verirəm, bir daha belə sevməyəcəm.
Səni həsrət atəşində yaxmayacam.
Sən mənə uyma, nə olursa- olsun.
Səndən üzr istəyirəm, qəlbim.
Acı çəkdin, mənim üzümdən.

SEVƏRSƏNMİ, A SULTANIM.?
Bəstəkar Mustafa Malay tərəfindən bəstələnib, TRT-də yayımlanıb

Aylar oldu görməyəli,
Haradasan, a Sultanım?
Bu qəribi tərk edəli,
Kimlərləsən, a Sultanım?

Qara sevdadan bittim mən,
Həsrətindən öldüm mən,
Sanma səni unutdum mən,
Könlümdəsən, a Sultanım!

Eşqin ilə yandım, durdum,
Hər keçəndən səni sordum,
Hər əsməri sənsən , bildim,
Bilirsənmi, a Sultanım?

Ağlayıram,yana- yana,
Duaçıyam, daim sənə,
Son nəfəsdə qaçıb mənə,
Gələrsənmi, a Sultanım?

Dönərsənmi, dön gəl ,desəm?
Tapasanmı, gəl tap, desəm?
Sən də məni sev, sev desəm,
Sevərsənmi, a Sultanım?

“Gözəl deyimlər”dən yarpaqlar

***
Eşqin yaşı yox, gözyaşı olur.

***
Bədənin kirini su, ruhun kirini sevgi təmizlər.

***
Zaman su kimi axıb gedir,insan da baxıb durur..
Önəmli olan- su kimi axıb gedən zamandan
nə qədər içə bilməkdir.

***
Sevgilisiz bir ömür boyu yaşana bilir,
Ancaq sevgisiz əsla.

***
Eşq elə dərman ki, hər kəsə şəfa verməz,
Kimini güldürür, kimini öldürür…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.