Gülnar SƏMA (QASIMLI)
Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı” poeması nəzm və nəsrin qarşılıqlı əlaqəsi formasında yazılmışdır. Poemanın əsas qəhrəmanı Heydər Əliyev olsa da, müəllif bu tarixi şəxsiyyətin obrazı kontekstində dövlət və dövlətçilik, millət və millətçilik prinsiplərini poeziyaya gətirmişdir. Poema yurdumuzun tarixən şahid olduğu hadisələrə nəzər salmaqla başlanır. “Burda Keyxosrovun kəsilmiş başı, Tuluğun içində al qan içibdir” misraları ilə Tomris dönəmindən üzü bəri dövlətçilik tariximizə qısa nəzər salınır.


Anar MƏCİDZADƏ
Gülnar SƏMA, DGTYB Məclisinin üzvü